Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çempionatda 13 qoldan 9-nu standart vəziyyətdən buraxmışıq" - Rəşad Sadıqov
    10.11.2024 21:57:02

    "İlk növbədə hamını böyük Zəfər günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizi qorusun".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XIII turunun "Qarabağ"la oyunundan (0:4) sonra keçirilmiş mətbuat konfransında deyib.

    Böyükhesablı məğlubiyyəti şərh edən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    "Bu gün çalışırdıq ki, xal və ya xallar qazanaq. Niyyətimiz o idi. Amma ilk dəqiqədən özümüzü çətin vəziyyətə saldıq və hesabda geri düşdük. "Qarabağ" kimi komanda ilə matçda 1-ci və ya 2-ci dəqiqədə qol buraxırsansa, oyunu sonradan dəyişmək çətindir. Deyə bilmərəm ki, futbolçularım çalışmadı. Onlar istəkli idi. Buraxdığımız qollardan üçüncü standart vəziyyətdən oldu. Bu il standart vəziyyətlərdə problemlər yaşayırıq. Onunla bağlı da toplantılar keçiririk, danışırıq. Amma hələlik bu məsələni çözə bilmirik. Avrokuboklardan başlayaraq, "Omoniya" ilə görüşdə altı qoldan beşini standart vəziyyətdən buraxdıq. "Osiyek"lə görüşdə də, "Şerif"lə matçda da həmçinin. Çempionatda 13 qoldan 9-nu standart vəziyyətdən buraxmışıq. Standart vəziyyətlərdə çox ciddi problemlər yaşayırıq. Bunlar bizə istədiyimiz nəticəni almaqda problem yaradır. Fasilə yaranıb, daha çox bunun üzərində çalışacağıq. Qarşıdakı matçlarda bu cür bəsit səhvlərə yol verməməyə çalışacağıq.

    - Qismət Alıyev və Rüstəm Əhməzadənin zədəsi ciddidir?

    - Qismətin zədələnməsi, Məqsədin sarı vərəqə aldıqdan sonra bir neçə epizodda cərimə etməsi... "Qarabağ" kimi komanda ilə oyunda birinci hissədə iki cinah müdafiəçisini çıxardıq. Zirədə 1:3 uduzanda yenə birinci hissədə iki müdafiəçini dəyişmişdik. Halbuki ikinci hissədə hücumla bağlı planlarımız var idi. Zədələrə görə dəyişikliklər hamısını alt-üst etdi. Ona görə də məcburiyyətdən müdafiədə dəyişikliklər edirdik. Zədələrin ciddi olub-olmadığını qarşıdakı günlərdə biləcəyik. Hətta İldar Alekperov da dəyişiklik istəyirdi. Sadəcə, dəyişiklik haqqımız yox idi deyə, ağrıya-ağrıya axıra qədər oynadı.

    - Fasilə sizin üçün yerinə düşür?

    - Bəzən faydası olur, bəzən olmur. Bəlkə də 4 gündən sonra oyun oynasaydıq, daha yaxşı idi. Son iki oyunu ağır keçirdik. Bizim üçün iki ağır məğlubiyyət oldu. Qarşıda hələ 23 tur var. Qış fasiləsinə qədər bizi ən azından 5 çempionat, 1 kubok oyunu gözləyir. Yaxşı hazırlaşıb, yaxşı köklənib bu oyunlardan yaxşı nəticələrlə ayrılmalıyıq.

    - Ötən mövsüm dmübarizə aparmaq daha çətin idi, yoxsa bu mövsüm?

    - Üç hissəyə bölsək, hələ ki, çempionatın ilk hissəsini bitirdik. 13 tur geridə qalıb. Çempionatın çox hissəisi irəlidədir. İndidən nəsə demək çətindir. Oyunlar onu göstərir ki, rəqiblərin hamısı inkişaf edib. Rəqabətli komandaların sayı artıb. Ona görə də hər oyunda çətinlik çəkirik. Keçən il də belə idi. Qarşıda çox oyun var. Sona yaxınlaşdıqca, əlavə stress, gərginlik, fiziki və mental hazırlıq kimi amillər da önəmli rol oynayacaq. O periodda oynamaq bir az da çətinləşir. Qarşıda bizi uzun marafon gözləyir. Hazırda 4-cü sıradayıq. Pis deyil. Önümüzdəki rəqiblərdən xal olaraq çox geri qalmışıq. Xal fərqini qarşıdakı turlarda aradan qaldırmağa çalışacağıq. Əks halda, çempionatın sonunda rəqiblərimizə daha komfortlu oynamağa şərait yaradarıq. Basqı altında olmadan, çıxıb rahat qələbələr qazana bilərlər. Ona görə də başımızı dik tutub, qarşıdakı oyunlara mütləq yaxşı hazırlaşmalıyıq.

    - Mövsüm yeni başlayanda "Zirə" yaxşı oyun sərgiləyirdi. "Omoniya" ilə matçdan sonra komandada sanki eniş yaşanır. Kiprdəki böyükhesablı məğlubiyyətin təsiri var?

    - "Omoniya"ya 0:6 hesablı məğlubiyyətin təsiri bu dəqiqə komandada yoxdur. Qəti şəkildə belədir. Çünki cavab görüşündə onları məğlub etdik, çempionatda ardıcıl üç oyunluq qələbə seriyamız oldu. Sadəcə, oyunlar elə gedirdi ki, sanki rəqiblərimizdə hər şey daha uğurlu alınır, bizdə isə əksinə. Qol epizodları reallaşmır, qapımızdakı ilk qol epizodu rəqiblər üçün uğurlu alınır. Bu halı keçən il çempionatın ortasında da yaşamışdıq. 10 tur qələbə qazanmadığımız period var idi. Amma möhkəm qaldıq, işimizlə məşğul olduq və işimizə davam etdik. Sonda da biz daha uğurlu olduq, rəqiblərimiz xallar itirdi. Bu mövsüm elə olacaq-olmayacaq, əvvəlcədən proqnoz vermək düzgün deyil. Oyunun son dəqiqələrində çox hadisələr baş verdi. İstər bizim, istərsə də rəqiblərin oyununda. Səbirli olmalıyıq. Əgər rəqabət apardığımız komandalarda hər şey uğurlu alınırsa, bizdə nəsə uğurlu alınmırsa, yolumuz davam etməliyik. Bugünkü oyunu saymıram. "Qarabağ" kimi komandanı oyun planında üstələmək qeyri-mümkündür. Digər görüşlərdə məğlub olsaq belə, oyun planında uduzmamışıq. "Turan Tovuz"a uduzduğumuz görüşdə 88-ci dəqiqədə kornerdən qol buraxdıq. "Araz-Naxçıvan"la görüşdə kornerdən buraxdıq. "Qarabağ"a 1:3 uduzanda onlar ilk qolu künc zərbəsindən sonra vurdu. Bu gün də ilk qol kornerdən oldu. "Şamaxı"ya uduzanda çoxsaylı qol imkanları yaratmışdıq. Hələ ki, belə gedir. Belə məqamlarda təcrübəm deyir ki, səbirli olub, yoluna davam etməlisən. Sadəcə, bir az daha çox işləmək lazımdır ki, uğur biz tərəfə dönsün.

    - Nəticə bəllidir, bəs oyun planında komandadan razı qaldınız?

    - Müdafiə planında futbolçular tapşırıqları icra edirdilər, istəkli idilər, kompakt idilər. Rəqibi birinci və ya ikinci zonada qarşılamağa çalışırdıq. Bizdə alınırdı. Amma standart vəziyyətlərdə passiv idik. Dördüncü qolda komanda qopmuşdu. Ona qədər "Qarabağ"a asan qol epizodu vermirdik. Təhlükəli hücumlar var idi, onlar bizdən daha yaxşı oynayırdılar. Müdafiə planı işləyirdi. Amma gərək, onunla paralel standart vəziyyətlərdə rəqibə qol imkanı yaratmayasan.

    Futbol

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54
    Futbol

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30
    Futbol

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35
    Futbol

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03
    Futbol

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59
    Futbol

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Sərbəst güləşçilərimiz Avropa çempionatını 8 medalla tamamladı

    12.03.2026 00:15:47

    Nazir müavini olacağı gözlənilirdi, yenidən baş katib təyin edildi – EKSKLÜZİV

    12.03.2026 00:00:46

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54

    Millimiz Bolqarıstana 80 xal fərqlə uduzdu

    11.03.2026 22:39:08

    Olimpiya çempionu Qazaxda avtoqraf verdi - FOTOLAR + VİDEO

    11.03.2026 22:13:44

    MOK-da yeni komitə yaradıldı, Azər Əliyev sədr təyin olundu

    11.03.2026 21:45:35

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35

    AFFA "Sabah"ın şikayətini təmin etmədi

    11.03.2026 16:45:12

    Bakıda keçiriləcək FIFA turnirinin biletləri satışda

    11.03.2026 16:16:09

    Bölgə təmsilçisində ayrılıq - Ölkəsinə qayıtdı

    11.03.2026 15:53:46

    Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi

    11.03.2026 15:11:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved