"Turan Tovuz" Misli Premyer Liqasının XIII turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.
Prosport.Az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Qurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– 2 fərqli hissə izlədik. İlk hissədə düzgün düzülmədik. "Səbail" daha yaxşı görünürdü. 2-ci yarıda düzəlişlər etdik və düşünürəm ki, yaxşı oynadıq.
– Futbolçuların süni örtükdə oynamaqdan şikayəti var?
– Xeyr, şərtlər hamı üçün eynidir. Bununla bağlı şikayət yoxdur.
– Bu gün "Turan Tovuz" 2 xal itirdi, yoxsa 1 xal qazandı?
– 2-ci hissəni nəzərə alsaq, 2 xal itirdik.
– Aqressiv olmağınızın səbəbi nə idi?
– Aqressiv olduğumu deməzdim. Sadəcə olaraq istəyirdim ki, futbolçularım daha tez oynasın.

