İtaliya nəhəngi icarədən qayıdan futbolçularını satmağı düşünür.
Prosport.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib. Bir neçə gün öncə "Tottenhem" icarə müddəti sona çatan Deyan Kuluşevskini 30 milyon avro qarşılığında "Yuventus"dan transfer edib. "qoca sinyora" daha 2 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Söhbət mövsümü icarə əsasında "Lids"də başa vuran Makkenni və "Liverpul"da çıxış edən Arturdan gedir. İtaliya təmsilçisi Amerikalı yarımmüdafiəçisi Makkennini "Qalatasaray"a sata bilər. Braziliya futbolçu ilə isə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi müzakirə olunur.

