Türkiyənin U-21 millisinin baş məşqçisi Levent Sürmə Azərbaycana qarşı keçirdikləri yoxlama görüşündən sonra fikirlərini bildirib.
Prosport.Az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:
"Azərbaycanın bu qədər geriyə çəkiləcəyini gözləmirdim. Topa daha çox nəzarət etdik və bunu istəyirdik. Üstün tərəf idik. Top bizdə olanda daim irəli atılan, daha çox hücum edən bir komanda olmaq istəyirik. Top rəqibdə olanda yüksək təzyiqlə oynadıq. Nəticə daha fərqli ola bilərdi".

