UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budö/Qlimt” və “Qarabağ” komandaları arasında keçiriləcək IV tur oyununa təyinatlar açıqlanıb.
Prosport.Az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Luiş Qodinyu olacaq. Ona yan xətt hakimləri Ruy Teyşeyra və Pedru Almeyda kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andre Nartsisu yerinə yetirəcək.
VAR hakimi Fabiu Oliveyru Melu, onun köməkçisi isə Uqu Miqelya olacaq.
Qeyd edək ki, noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budö/Qlimt” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

