Minifutbol üzrə ölkə çempionatının final qarşılaşmasında "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gələcək.
Prosport.Az xəbər veriri ki, həlledici oyunun prinsipiallığını nəzərə alan Azərbaycan Minifutbol Federasiyası (AMF) qarşılaşmanı solvakiyalı hakimlər briqadasına həvalə edib. Final matçını beynəlxalq dərəcəli hakimlər Marek Sveda və Mixal Bereş idarə edəcək.
Xatırladaq ki, görüş Bakı Tennis Akademiyasında iyunun 18-i saat 20:00-da başlayacaq.

