Xorvatiyanın “Dinamo” klubu Mahir Emrelini yenidən icarəyə verə bilər.
Prosport.Az vecernji.hr saytına istinadən xəbər verir ki, bu, 26 yaşlı hücumçunun yay təlim-məşq toplanışındakı performansından asılı olacaq.
Baş məşqçi İqor Bişçan iyunun 19-da başlayacaq hazırlığa bir neçə gəncin, eyni zamanda, ötən mövsümü başqa klublarda icarədə keçirən futbolçuların cəlb edilməsini istəyib. Emreli də daxil olmaqla, bir neçə oyunçu hazırlıq dönəmində yoxlama görüşlərində baş məşqçinin etimadını doğrultmalıdır. Əks təqdirdə, azərbaycanlı hücumçunun yenidən icarəyə verilməsi gündəmə gələcək.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümün 2-ci yarısını icarə əsasında Türkiyənin “Konyaspor” klubunda keçirib.

