Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, xəbrimiz yoxdur" – Ayxan Abbasov
    27.10.2024 22:22:19

    "Bilirdik ki, oyun çətin keçəcək. Rəqibimiz "Qarabağ" idi. İlk hissədə futbolçularımız yaxşı çıxış etdi. Bəlkə də Giorgi Kantarianın epizodu qol olsaydı, yaxşı alınardı. 2-ci hissə isə qapımıza penalti ilə başladı. Ondan sonra istər-istəməz hücum etməyə çalışdıq, oyun açıldı. Rəqib də bundan istifadə etdi. Klub olaraq bu cür oyunlara ehtiyacımız var. Qarşıda bizi daha çətin matçlar gözləyir. Evdə və səfərdə bəzi oyunlar bizim üçün kritik olacaq, xal qazanmalıyıq. 3 gündən sonra kubok matçı var. Ondan sonra "Zirə" ilə görüşə hazırlaşacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XI turunun “Qarabağ”la oyundan (0:3) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Penalti epizoduna necə şərh verərdiniz?
    – 
    Artıq hakimlikdən danışmaq istəmirəm. Hər oyundan sonra hakimlikdən danışıram. Özümüm də xoşum gəlmir. Mənə görə o epizodda penalti yoxdur. Qaydalar deyir ki, topa toxunuşdan sonra sərt dəyərsənsə, penaltidir. Sərt dəymirsənsə, penalti deyil. Bu epizodda Adil Nağıyev topu çıxarır. Aleksey Kaşşukun sürətinin qarşısını almadı. Kaşşuk özü də yıxılırdı. Ondan sonra oyunun içində foullar var, verilmir. Hərdən "təzə qaydalar-təzə qaydalar" deyirlər. Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, bizim xəbrimiz yoxdur. Çox da danışmaq istəmirəm.

    – "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib ki, hakimlərin ədalətinə inanmıram. Ötən mövsüm də hakimliklə bağlı epizodlar çox olurdu, hətta hakimlərə etiraz etmişdiniz, görüşlər baş tutmuşdu. Bu mövsüm də elə görüşlərin təşkilinə ehtiyac var? Bəlkə Klublar Komitəsinin iclasında bunu müzakirəyə çıxarmaq olar?
    – 
    Hakimlər də səhv edə bilər. Onların üzərinə düşürük. Bəlkə hərdən onlarda da bizə qarşı aqressiya yaranır ki, baş məşqçilər hər oyundan sonra hakimlik barədə danışır. Ancaq gerçək budur ki, performans yüksəlməlidir. Baxırıq da, oyunlar var, orada penalti verirlər, bu oyunda eyni epizod olur, vermirlər. Məsələn, bir epizodu deyim, mənim üçün çox maraqlıdır. Deyəsən, "Kəpəz"in "Turan Tovuz"la oyunu idi... Paşu Liranın ayağını cərimə meydançasında tapdalayırlar. Başqa vaxt dərhal penaltidir. Bəlkə də qaydalar var. Yeni qaydalardır, xəbərimiz yoxdur, bilmirəm. Əlbəttə ki, görüşlər olmalıdır. Hər kəs inkişaf etməlidir. Çünki çempionatımızda kritik oyunlar olur. Görürük ki, hər tur səhvlər təkrarlanır.

    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Futbol

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55

    Əfsanəvi qapıçı "Qarabağ"dan ayrılan Koxalskini tənqid etdi

    25.09.2026 17:15:10

    Azərbaycan klubundan növbəti transfer

    25.09.2026 16:36:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved