Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.
Oyunlar iyulun 5-dən 9-dək Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək.
Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
5 iyul
18:45 Azərbaycan – Moldova
6 iyul
18:45 Azərbaycan – Estoniya
7 iyul
18:45 Azərbaycan – İtaliya

