Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Əməkdar məşqçidən tələbəsinə ittiham: 150 min manatdan ona heç nə çatmayıb – YENİLƏNİB
    24.10.2024 15:14:55

    Saytımızda xəbər çıxdıqdan az sonra Zahid Əliyev bizimlə əlaqə saxlayıb.

    Prosport.Az-a açıqlamasında məşqçi bildirib ki, artıq məsələ yoluna qoyulub: 

    "Anar Məmmədov hələ dövlətdən pulu almadığını, aldıqdan sonra söz verdiyi kimi yarısını mənə verəcəyini bildirdi".

    12:24

    Boks üzrə Əməkdar məşqçi Zahid Əliyev sabiq yetirməsi Anar Məmmədovdan şikayətlənib.

    Prosport.Az-ın məlumatına görə, olimpiya, dünya və Avropa mükafatçısı Kamran Şahsuvarlı və dünya çempionu Cavid Çələbiyevin müəllimi olan məşqçi kubalı legionerimiz Loren Alfonsonu Paris Olimpiadasına şəxsən özünün hazırladığını bildirib.

    Bununla belə, şəxsi məşqçi kimi Anar Məmmədovun adı təqdim olunub. Zahid Əliyev isə Olimpiadadan sonra A.Məmmədovun söz verdiyi puldan ona heç nə verilmədiyini vurğulayıb: "Anar heç bir dəfə də zala məşqçi kimi girməyib. 2 dəfə dövlət ordeni ilə təltif olunub, 2 dəfə mənzil verilib və xeyli miqdarda pul götürüb. Yeganə tələbəmdir ki, mənə heç nə verməyib. Fikirləşirdim ki, biz ata-oğul kimiyik. O bildirmişdi ki, Alfonsonu Olimpiadaya hazırlaşdırın, onun (uğuru) üçün veriləcək pulu qardaş kimi böləcəyik. İndi isə o bu pulu verməkdən imtina edib. Deyir ki, mən sənə hörmət edə bilərəm. Yeganə adamdır ki, məşqçilik nədir bilmədiyi halda, 2 dəfə dövlətdən medal alıb. Bir dəfə olsun gəlib deməyib ki, müəllim, sağ ol. Belə çörək itirən, şərəfsiz tələbələrim də olub".

    Onu da bildirək ki, ölkə başçısı İlham Əliyevin Sərəncamına görə, 2-ci yeri tutan idmançının məşqçisinə 100 min manat ödənilib. Həmçinin, onun Milli Olimpiya Komitəsinin prezidenti kimi imzaladığı Sərəncama əsasən, həmin məşqçiyə 50 min də əlavə ödəniş olub. Loren Alfonso finalda uduzduğundan, ümumilikdə 150 min manat Anar Məmmədova təqdim edilib. Lakin Zahid Əliyev ona bu puldan heç nə çatmadığını iddia edir.

    Qeyd edək ki, boks üzrə Əməkdar məşqçi və beynəlxalq dərəcəli idman ustası olan Anar Məmmədov 2022-ci ildə "Tərəqqi" medalı ilə də mükafatlandırılıb. Ona medalı şəxsən gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

    Boks üzrə milli komandanın sabiq rəisi işləyən vaxt Anar Məmmədovun kubalı legionerləri komandaya gətirdiyi iddia olunurdu. Məmmədovun kikboksinq idman növündə nailiyyətləri olsa da, boksda heç bir uğurunun olmaması da onun təyinatının birmənalı qarşılanmamasına gətirib çıxarmışdı.

    @prosportaz #kesf #kesfetbeniöneçıkart #kesfetteyiz #kesfet ♬ original sound - ProSPORT.Az
    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Döyüş növləri

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Döyüş növləri

    Boksçularımızdan Avropa çempionatına uğurlu start

    18.09.2026 10:23:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved