Region Liqasında 2022/2023 mövsümünün finalçısı "Çinar Zəngilan" fəaliyyətini dayandırıb. Prosport.Az xəbər verir ki, klub rəhbərliyi yeni mövsüm II diviziona buraxılmamalarından sonra bu qərarı verib. Klub 2023/2024 mövsümündə isə Region Liqasında iştirak etmək istəməyib. Qeyd edək ki, "Çinar Zəngilan" başa çatan mövsüm finalda "Qusar"a məğlub olmuşdu.
Zəngilanı təmsil edən komanda fəaliyyətini dayandırdı

