"Qarabağ" kapitanı Maksim Medvedevlə müqavilənin müddətini artırıb. Prosport.Az xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə yeni bir illik müqavilə imzalanıb. 2006-cı ildən "Qarabağ"da çıxış edən Maksim Medvedevin müqaviləsi bu ayın sonunda başa çatırdı.