Yeni yaradılan Azərbaycan II divizionunda mübarizə aparacaq klubların da dövlət tərəfindən maliyyələşdiriləcəyi dəqiqləşib.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, II divizionda mübarizə aparılacaq 12 komandanın hər birinə 50 min manat ayrılması nəzərdə tutulub.

