“İcraiyyə Komitəsində Premyer Liqada əvəzetmə sayının dəyişdirilməsi yox, buna qədər əvəzetmənin özündə olan legioner limiti müzakirə olundu”.
Prosport.Az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasına deyib.
O bildirib ki, AFFA İcraiyyə Komitəsi əvəzetmədəki limitlə bağlı qərarı dəyişib: “Əvvəlki qaydaya görə, Premyer Liqada 5 əvəzetmədən 2-si legioner olmalıdı idi, 3-ü yerli. Lakin bugünkü müzakirələrdən sonra bu limit ləğv olundu. Yəni məşqçi istəyirsə, lap sonradan meydana 5 legioner də daxil edə bilər”.

