Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Formula-1
    Daha bir ulduz "Formula 1" üçün Bakıya TƏŞRİF BUYURACAQ
    29.03.2023 15:58:38

    Dünyaca məşhur musiqiçi, prodüser, elektronik rəqs musiqisi bəstəkarı və DJ - Don Diablo 28 aprel, cümə günü Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə
    Formula 1 həftəsonunun açılışını edərək öz yüksək templi canlı şousunu sərgiləyəcək.

    Prosport.az xəbər verir ki, bununla da, Bakı yarışı əyləncəsevərləri daha bir gözlənilməz konsert proqramı ilə sevindirəcək. Həmyerlisi DJ Hardwell ilə yanaşı, Don Diablonun da çıxış edəcək ulduzların siyahısına əlavə edilməsi F1 azarkeşlərinə Bakıda daha bir unudulmaz həftəsonu yaşadacaq.

    Dünyada böyük rəğbət görən prodüser Dua Lipa, Castin Biber, Quççi Mane, Ed Şiran, Mark Ronson, Treyvis Barker, Mayli Sirus, Rihanna, Madonna, Ti Dolla Sayn, The Chainsmokers və Koldpley kimi bir çox meqa ulduzlar ilə əməkdaşlıq etmişdir. Bundan başqa, sənətçi 2015-ci ildə özünün musiqi şirkətini qurmuş və bununla da gənc istedadların yetişdirilməsinə öz töhfəsini vermişdir. Digər sahələrdə eksperiment etməkdən çəkinməyən sənətçi, həmçinin, öz dizaynı olan geyim brendinin də sahibidir. Onun digər yaradıcı layihələrinin arasında eyni adlı yarı avtobioqrafik, elmi-fantastik xarakter daşıyan karikatura seriyası da var.

    Onun elektronik musiqi səhnəsinə bəxş etdiyi əvəzolunmaz töhfələri göz önündə olsa da, o, fiziki və rəqəmsal dünya, eləcə də, nostalgiya ilə gələcək arasında körpü rolunu oynayan kripto-incəsənət əsərləri yaratmaqla məşhurlaşaraq 2021-ci ilin mart ayında NFT (rəqəmsal sənət nümunələri) sahəsində də özünü sınamışdır. “GΞNΞSIS NFT” – holoqrafik musiqi nümunəsi və “DΞSTINATION HΞXAGONIA” – dünyanın ilk tammetrajlı rəqəmsal konsert filminin buraxılışı ilə hazırda dünyada ən çox satılan kriptovalyuta sənətçisi kimi də tanınır. “DΞSTINATION HΞXAGONIA” dörd dəqiqə ərzində “SuperRare” adlı kriptovalyuta sənəti platformasında 600Ξ (1,2 milyon dollar) dəyərində satılaraq ilkin satış rekordunu dərhal qıraraq tarixə düşmüşdür.

    F1 təqviminin ən sürətli şəhər yarışlarından olan Formula 1 Azərbaycan Qran Prisi trekdə və trekdən kənarda avtoidman həvəskarlarına yarış boyu bol əyləncə vəd edir! Bakıdakı yarış həftəsonu cari mövsümdə keçiriləcək altı sprint yarışından birincisidir və bu yarış pərəstişkarları üç gün davam edəcək möhtəşəm mübarizə və yüksək rəqabət şəraitində keçəcək yarışdan sonra Bulvardakı böyük səhnədə Don Diablo və Hardwell konsertlərindən zövq alaraq möhtəşəm F1 təcrübəsi yaşayacaqlar.

    Qeyd edək ki, yarışa 3 günlük bilet sahibləri paytaxtın bənzərsiz mənzərəsinə sahib Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertlərə qatıla biləcəklər. Həmin azarkeşlərin pit yolu gəzintisinə qoşularaq Formula 1 komandalarının pərdə arxasını görmək kimi eksklüziv bir təcrübə yaşamaq şansları da olacaq.

    Formula-1

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49
    Formula-1

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01
    Digər idman növləri

    "Formula 1" üzrə 2027-ci il Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

    16.09.2026 13:14:50
    Formula-1

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32
    Digər idman növləri

    "Formula 1": 10 ildə marşal proqramına 35 mindən çox müraciət olub

    8.09.2026 11:46:47
    Digər idman növləri

    Niderland Qran-prisinin qalibi bəlli oldu

    23.08.2026 18:50:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved