Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Oyunumuzda inkişafı hiss etmiriksə, deməli, görmək istəmirik" – Canni De Byazi
    16.06.2023 11:50:01

    “Ümid edirəm ki, Avstriya və İsveçlə matçlar təcrübəsi az futbolçular üçün dərs olar”.

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniyaya qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

    Qarşılaşmanın baş tutacağı “Dalğa Arena”da təşkil olunan tədbirdə italiyalı mütəxəssis əvvəlcə qrupun ilk iki qarşılaşmasındakı uğursuzluğa toxunub: “İlk 2oyunda uduzduq, 9 qol buraxdıq. 2 güclü komanda ilə qarşılaşdığımızı da nəzərə almalıyıq. Həm Avstriya, həm də İsveçlə görüşün bəzi hissələrində yaxşı çıxış etdik. Təbii ki, individual səhvlər oldu, bu da bizə baha başa gəldi”.

    67 yaşlı mütəxəssis son 7 qarşılaşmada tətbiq etdikləri sistemin uğurlu olduğunu düşünür: “Bu sistemdə yaxşı nəticələr göstərdik, 5 qələbə qazandıq. Düzdür, son 2 görüşdə uduzmuşuq, bu da futbolda baş verir”.

    Baş məşqçi azarkeşlərin Estoniya üzərində qələbə gözləməsinin onlarda psixoloji gərginliyə yol açacağına inanmır: “Son 2 görüşdə uduzduğumuzdan, uşaqlarda revanş istəyi var. Estoniyada mövsümün gedişidir. Bu, vacib amildir. Ancaq yenə də ümid edirəm ki, sabah 3 xal qazanacağıq. Ola bilər ki, bəzi oyunçular bu tempdə oynamağa öyrəşməyiblər. Əgər başqa çempionata öyrəşmisənsə və rəqibin böyük liqalarda çıxış edirsə, çətinliklə üzləşəcəksən. Bizim matçlardakı inkişafı görmürüksə, deməli, özümüz görmək istəmirik”.

    De Byazi Estoniya önünə qələbə üçün çıxacaqlarını əlavə edib: “Rəqibin Avstriya ilə oyununu izləmişəm, yaxşı çıxış ediblər. Futbol riyaziyyat deyil. İstənilən halda sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Bilirəm ki, futbolçularımızda yorğunluq var. Ancaq uğur qazanmaq üçün rəqibdən çox qaçmalı, böyük enerji sərf etməliyik”.

    O, hücumçu Mahir Emrelinin start heyətində və son vaxtlar çıxış etdiyi mövqedə yer alacağını vurğulayıb.

    Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved