"Qarabağ" FK yay təlim-məşq toplanışı üçün iyunun 22-də Avstriyaya yola düşəcək.
Prosport.Az xəbər verir ki, komandanın Tirolda 3 yoxlama oyunu nəzərdə tutulub.
"Köhlən atlar" iyunun 27-də "Ferentsvaroş" (Macarıstan), iyulun 1-i isə "Leqiya" (Polşa) klubları ilə üz-üzə gələcək. 3-cü yoldaşlıq oyunundakı rəqib və həmin matçın vaxtı barədə daha sonra məlumat veriləcək.

