"Valensiya" baş məşqçisi Ruben Baraxa ilə müqavilə müddətini uzadıb.
Prosport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yay ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, "Valensiya" və İspaniya millisinin sabiq üzvü bu ilin fevral ayından komandanı çalışdırır. "Valensiya" La Liqada başa çatan mövsümü 42 xalla 16-cı pillədə tamamlayıb.

