Braziliyalı sol cinah müdafiəçisi Aleks Sandro azad agent statusu ilə "Yuventus"u tərk edə bilər.
Prosport Az xəbər verir ki, bu haqda məlumatı İtaliyalı insayder Fabritsio Romano açqlayıb. Turinlilər Braziliyalı futbolçu ilə qarşılıqlı razılıq əsasında ayrılmaq istəyir.
Qeyd edək ki, son günlər Aleks Sandronun adı Türkiyə nəhəngi "Qalatasaray"la hallanır.

