"Qarabağ" Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbekin Azərbaycan üçün ünvanladığı təşəkkür mesajına cavab verib.
Prosport.az xəbər verir ki, bununla bağlı "atlılar"ın tvitter hesabında paylaşım edilib. Tvitdə klubun prezidenti Tahir Gözəlin fikirləri yer alıb:
"Prezidentimiz cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın da şərəfləndirdiyi qardaşlıq oyunumuzda Azərbaycan-Türkiyə qardaşlığı və həmrəyliyini stadionumuzu dolduran 62 min 500 azarkeşimizlə bütün dünyaya göstərdik. Gəlirlərin zəlzələdə zərər çəkənlərin ağrılarının azalmasına kömək olacağına ümid edir, dəvətimizi qəbul edərək gəldiyiniz üçün təşəkkür edirik. Azərbaycan və Türkiyənin iki böyük camiəsinin ən qısa zamanda yenidən bir araya gəlməsi ümidi ilə..."
Komandalar arasında martın 26-da baş tutan oyun "Qalatasaray"ın qələbəsiylə başa çatıb – 2:1.

