“Səbail”dən ayrılan Emil Balayev “dənizçilər”lə vidalaşıb.
Prosport.Az xəbər verir ki, qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Səbail” ailəsi, həm meydanda, həm də meydandan kənarda sizinlə işləmək çox xoş idi. Belə maraqlı mövsüm üçün sağ olun. Azarkeşlərə də ayrıca təşəkkürlər”.
Qeyd edək ki, Balayev "Neftçi" ilə 2 illik razılığa gəlib.

