"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, son çempion Polşanın "Leqiya" komandası ilə qarşılaşacaq. Qarşılaşma iyulun 1-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" Avstriyaya iyunun 22-də yollanacaq.

