“Turan Tovuz” oyunçuları Sadiq Quliyev və Tərlan Quliyevlə müqaviləni daha 1 il müddətinə artırıb.
Prosport.Az xəbər verir ki, müdafiəçilər 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.
Hər iki futbolçu ötən ilin yayından Tovuz təmsilçisində oynayır.
Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli ilə yeni müqavilə imzalayıb.

