"Neftçi" və "Sabah" Rusiyanın "Soçi" klubunun müdafiəçisi Mussa Sissako ilə maraqlanırlar.
Prosport.Az "Legalbet"ə istinadən xəbər verir ki, paytaxt təmsilçiləri 23 yaşlı dayaq yarımmüdafiəçiyə təklif göndəriblər. “Sabah” Mali millisinin üzvü ilə anlaşa bilməyib. İllik 400 min avro məvacib tələb edən Sissako 200 min avroluq təklifi qəbul etməyib.
"Neftçi" tərəfi isə gənc oyunçuya 250 min avro maaş verməyə hazır olduğunu bildirib. "Ağ-qaralar" futbolçunu sonradan birdəfəlik almaq şərtilə icarəyə götürmək istəyir.
Fransanın PSJ klubunun yetirməsi olan Sissako "Soçi"dən əvvəl Belçika "Standard"ında da çıxış edib.

