"Neftçi"nin legioneri Ataa Caberin Fələstin millisində debütü gerçəkləşib.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi İndoneziyaya qarşı keçirilən matçda çıxış edib.
28 yaşlı futbolçu 90 dəqiqə oyunun iştirakçısı olub. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, İsrailin U-21 millisinin sabiq kapitanı Ataa Caber sonradan Fələstin vətəndaşlığına sahib çıxıb.

