AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
Prosport.az xəbər verir ki, mətbuat qarşısına öncə Canni De Byazi çıxacaq. İtaliyalı mütəxəssisin mətbuat konfransı iyunun 16-ı saat 11:00-da baş tutacaq. 11:30-da isə millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.
Estoniya millinin baş məşqçisi Tomas Heberli 17:30-da mətbuat önünə çıxacaq. Millimizin rəqibi 18:00-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə çıxacaq.

