Ötən mövsüm icarə əsasında "Sabah"da oynayan Aleksey Kaşşuk müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"una qayıdacaq.
Prosport.az sportyvka.com.ua saytına istinadən xəbər verir ki, bu barədə jurnalist Viktor Vatsko özünün “Vatsko on air” proqramında bildirib:
"Anladığım qədər ilə Aleksey Kaşşuk “Şaxtyor”a qayıdır. O, Azərbaycanın "Sabah" klubundakı çıxışı ilə hər kəsi heyran qoyub. Çempionatın 31 matçında 16 qol vurub, 10 qolun ötürməsini verib".

