"Liverpul"dan ayrılan Ceyms Milner "Brayton"a transfer olunub.
Prosport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Milner 2015-ci ildən Mersisayd təmsilçisində oynayırdı. İngiltərəli futbolçu ötən mövsüm klubun heyətində 43 oyunda 1284 dəqiqə meydanda olub.

