Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.
Prosport.Az xəbər verir ki, hazırlıq prosesində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin 2 yoxlama oyunu keçirib.
Bu qarşılaşmaların hər 2-si Azərbaycan millisinin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb.
Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində komanda bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq voleybolçuların burada da yoxlama oyunlarında qüvvələrini sınamaları nəzərdə tutulub.
Qeyd edək ki, yığma Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya seçmələri olacaq.

