"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində keçirdiyi 2-ci oyunda da məğlub olub.
Prosport.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv "Amsterdam"la (Niderland) qarşılaşıb.
Görüş Niderland təmsilçisinin 18:15 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" bu gün keçirdiyi ilk matçda Tailanda 14:19 hesabı ilə uduzub. Bununla da komanda Şanxay mərhələsində mübarizəni başa vurub.
12:05
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində mübarizəyə start verib.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi ilk görüşdə Tailandla üz-üzə gəlib. Qarşılaşma rəqibin 19:14 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv bu gün növbəti görüşünü "Amsterdam"a (Niderland) qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
10:39
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verəcək.
Prosport.Az xəbər verir ki, komanda ilk gündə 2 görüş keçirəcək. "Ağ-qaralar" əvvəlcə Tailandla üz-üzə gələcək.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv 2-ci görüşdə Niderlandın "Amsterdam" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.

