"Çox sevinirəm. Bu, mənim böyüklər arasında Avropa çempionatında ilk iştirakım idi".
Prosport.Az xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tirana keçirilən Avropa çempionatında bürünc medal qazanan Günay Qurbanova (59 kq) federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Avropa üçüncüsü təəssüratlarını bölüşüb: "Özümdən qızıl medal gözləyirdim. Heyif ki, alınmadı. İnşallah ki, gələn il daha yaxşı olacaq. 15 saniyə qalmış qələbəni əldən verdim. Yəqin ki, təcrübəm çatmadı".
Qurbanova bildirib ki, Olimpiya Oyunlarında iştirak üçün 57, yoxsa 62 kq-a keçmək məsələsinə o yox, baş məşqçi əvəzi Toğrul Əsgərov qərar verəcək: "Hansı çəkini məsləhət bilsə, həmin çəkidə də güləşəcəyəm".

