Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Müəyyən kəşfiyyat aparmışıq" – "Araz-Naxçıvan"ın baş məşqçisi
    18.08.2024 14:07:15

    UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal klubu avqustun 21-də “Sparta” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.

    Prosport.Az bununla bağlı komandanın baş məşqçisi Vitali Borisovun müsahibəsini təqdim edir:

    – Bir neçə gündən sonra Çempionlar Liqasında mübarizəyə start verəcəksiniz. Komandada vəziyyət necədir?
    – Vəziyyət normaldır. Bakıdakı hazırlığımızı bugünkü məşqlə yekunlaşdırdıq. Komanda üzvləri sabah istirahət edəcək, avqstun 20-nə keçən gecə yola düşəcəyik. Yaxşı təlim-məşq toplanışı keçirdik. Həm fiziki yükləmələr oldu, həm də taktiki çalışmalar yerinə yetirdik. Problem 3 zədəli futzalçımızın olması ilə bağlıdır. Ümid edirik ki, oyunlara qədər onlar tam sağalacaq.

    – Yoxlama oyunu hansı çatışmazlıqları və ya müsbət məqamları ortaya çıxardı?
    – Maraqlı oyun oldu. Xüsusilə də ilk hissədən çox razı qaldım. Açığı, ilk oyunda komandamın bu cür sürət verəcəyini gözləmirdim. Hələ 3-4 oyunçumuz meydana çıxmamışdı.  

    – Komandanı demək olar ki, yenidən qurdunuz. Yeni transferlər uyğunlaşa biliblərmi?
    – Demək olar ki, uyğunlaşıblar. Hələ bir neçə gün vaxtımız var. Çalışmalar davam edir. Hər kəs məsuliyyətlə işini icra edir. Komandanın qarşısına konkret tapşırıq qoyulub: əsas mərhələyə yüksəlməliyik. Bunun üçün də rəhbərlik nə lazımdırsa, edib. Qalır tapşırığı yerinə yetirmək.

    – Heyət tam komplektləşib, yoxsa yenə transferlərə ehtiyac var idi?
    – İlkin mərhələ üçün lazım olan futzalçıları heyətimizə qatmışıq. Hər biri ilə söhbətimiz olub. Onlar komandamıza çox kömək edəcək.

    – Komandanın qarşısına əsas mərhələyə yüksəlmək tapşırığı qoyulub. Tapşırığı yerinə yetirmək mümkün olacaq?
    – Meydan düz, top yumrudur. Əlbəttə, ora qarşıya qoyulan məqsədə çatmaq üçün gedirik. Əlimizdən gələni edəcəyik ki, buna nail olaq. Futzalçılar da komandaya nə üçün dəvət olunduqlarını bilir. Bakıya qrup lideri kimi qayıtmaq üçün səfərbər olmuşuq.

    – Rəqiblərlə bağlı hansı məlumatlar toplamısınız?
    – Müəyyən kəşfiyyat aparmışıq (gülür). Əlbəttə, biz onları, onlar da bizi araşdırır. Müəyyən informasiya toplamışıq, təhlillər aparmışıq. Meydanda da hər birinə qarşı necə oynayacağımızın konturlarını cızmışıq.

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved