"Neftçi"nin futbolçusu Vato Arveladzenin atası, vaxtı ilə "Köln" və Tbilisi "Dinamo"sunun oyunçusu olmuş Revaz Arveladze də "Bakcell Arena"da keçirilən Azərbaycan Kubokunun final oyununu izləyir.
ProSport.Az-ın məlumatına görə, gürcü veteran oğlunun oyununu görmək istəsə də, hələ buna nail ola bilməyib. Çünki baş məşqçi Laurentsiu Reqekampf Vato Arveladzeni ehtiyatda saxlayıb.
Qeyd edək ki, "Neftçi" və "Qəbələ" arasında keçirilən matçın əsas vaxtında hesab açılmayıb. Görüşdə ekstra taym oynanılır.
Səbuhi Musa
.jpeg)
.jpeg)
