"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Franko Mazurekin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
29 yaşlı futbolçu çıxış etdiyi 1 il ərzində 35 oyuna 9 qol və 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, paytaxt təmsilçisi daha əvvəl Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də vidalaşıb.
