Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Gəncə" ilə 4-cü oyunda arxayınlaşma oldu" – Fuad Niftəliyev
    1.06.2023 11:50:04

    Azərbaycan Basketbol Liqasının debütantı "Sabah"ın çempion olmasında kapitan Fuad Niftəliyevin də böyük rolu olub. Prosport.Az təcrübəli basketbolçudan müsahibə götürüb.

    – Səmimi cavab almaq istəyirəm. Mövsümə başlayanda çempion olacağınızı gözləyirdiniz?
    – Bəli. Daha əvvəl müsahibəmdə də demişdim ki, biz ancaq çempionluğa oynayırıq. Demişdim ki, ən pis halda ilk "3-lük"də olacağıq.

    – "Gəncə" komandası ilə çempionluğun taleyinin 5-ci matçda həll olunacağı necə, bu, gözlənilməz olmadı?
    – Sözün düzü, mən də bu yerə kimi uzanacağını gözləmirdim. Çünki onlarda bizdən fərqli olaraq, ehtiyat oyunçular skamyası çox zəngin deyil. Fikirləşirdim ki, 4-cü matçda – ümumi hesabda 3:1 qalib gələrək çempion olacağıq. Amma bundan öncəki oyunda meydana çox rahat çıxdıq. Bu səbəbdən oyunumuz alınmadı, uduzduq və məsələ 5-ci matça qaldı.

    – Yəni, 4-cü oyunda arxayınlaşma oldu?
    – Bəli, bəli. Amma bu gün özümüzü topladıq. Oyun əvvəl istədiyimiz kimi gedirdi. Amma "Gəncə" komandası da mübarizə apardı və xalda bizə çatdı. Əsl final oyunu oldu.

    – Oyunu overtayma aparan atış barədə nə deyə bilərsiniz?
    – Eycey (Entoni Patinin ləqəbidir – S.M.) əslində bir dəfə də belə atışla bizi məğlubiyyətdən xilas edib. Bu, ikinci belə hal oldu. Necə deyərlər, güclü qalib gəldi.

    – Onda belə desək, müəyyən mənada ona borclusuz...
    – Borclu deyəndə ki, çox atışı ona həvalə edirik. Çünki onun atışları yaxşı olur. Kombinasiyanı elə qururuq ki, Eycey topu basketə atsın. Deyərdim ki, "Gəncə" ilə ilk 2 oyunda atışları o qədər də yaxşı alınmadı. Amma 4-cü və 5-ci matçlarda gözəl oyun nümayiş etdirdi.

    – Artıq çempionsunuz. Avrokuboklarda çıxışınız nə dərəcədə realdır?
    – Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev bizi təbrik edəndə bildirdi ki, inşallah, avrokubokda Azərbaycanı təmsil edərsiniz. Yəqin ki, avrokuboklar üçün tələb olunan meyarlara cavab vermək üçün klubumuz da bunun üzərində işləyəcək. Avrokuboklarda çıxış etməyi çox istərdik.

    Səbuhi Musa

    Digər idman növləri

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03
    Digər idman növləri

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55
    Digər idman növləri

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54
    Cüdo

    Beşqat olimpiya çempionundan Bakıda yarışan cüdoçulara müraciət

    7.10.2026 12:31:45
    Digər idman növləri

    VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək

    6.10.2026 20:20:38
    Digər idman növləri

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü

    9.10.2026 20:59:53

    Montella Türkiyə millisindən istefaya göndərildi

    9.10.2026 20:16:06

    Mərkəzi oyunda "sülh", "Mingəçevir" böyük hesabla uduzdu

    9.10.2026 19:34:43

    "Buraxdığımız kobud səhv planlarımızı alt-üst etdi" – Yuri Maksimov

    9.10.2026 19:07:28

    "Bizim üçün hər oyun 6 xala bərabərdir" - Azər Məmmədov

    9.10.2026 18:54:58

    "Neftçi" - "Sabah": HEYƏTLƏR

    9.10.2026 18:32:19

    "Turan Tovuz"da 250 minlik qalmaqal: Ehtiram Quliyev Berdiyevin seçiminə qarşı imiş

    9.10.2026 18:23:39

    "Kəpəz" autsayderi 2 qolla üstələdi

    9.10.2026 17:55:27

    Azərbaycan Kubokunda 21 və 29 illik rekordlar təkrarlandı

    9.10.2026 17:09:09

    Millimiz üçün əvvəl Bakı, sonra Malta səfəri

    9.10.2026 16:37:19

    Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu

    9.10.2026 16:17:20

    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli

    9.10.2026 15:42:46

    Erməni cüdoçudan Bakıda tərbiyəsizlik

    9.10.2026 15:16:18

    "Araz-Naxçıvan" - "Kəpəz": HEYƏTLƏR

    9.10.2026 14:50:28

    Olimpiya çempionumuz Bakıda Adamyana uduzaraq medalsız qaldı – YENİLƏNİB

    9.10.2026 14:09:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved