Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    "İlk sualı "Əmir Teymurun məqbərəsini ziyarət etdin?"  oldu"
    16.03.2023 17:42:01

    Kainat – zaman, vaxt anlayışını tanımır. Zaman, vaxt bəşər aləminin özləri üçün yaratdığı nizamdır. Necə ki, birilərində altıncı, digərlərində üçüncü, bir başqalarında ikinci minilliklərdir. Eyni dünyada zamanın, vaxtın fərqli "ölçü" vahidləri... Zaman, vaxt da yarışa girib...

    5 il "Neftçi"də çalışdıq, hörmət mənasında bəzilərinin "Böyük", uşaqlıq dostlarının "Zəif" çağırdığı Böyükağa Hacıyevlə nisbətən az – 4 il bir yerdə olduq. Qısa vaxtda titullar, tarixi nəticələr qazanıldı. Biz vaxt da istəmirdik, çünki zaman bizə aid deyil... Hər anın öz hökmü var!

    Zamanın, vaxtın istənilməsi, dərin fəlsəfi qatlarda yaradana üsyan deməkdir. İnsan övladı sabah nələrin baş verəcəyini, bu dünyada öz ömrünün nə vaxt bitəcəyini bilməz!

    Səbir, şükür anlayışının zaman, vaxtla əlaqəsi olmaz!

    Zaman çox böyük anlayışdır, insan beyninə uymaz. Zaman çərçvəsində ömür vaxtı bir göz qırpımında ötüb keçir. Zaman dəyişməzdir, vaxt isə yoxdur. 5 ildir artıq Böyükağa Hacıyevi itirmişik. Vaxt qəddardır, ildırım sürəti ilə insanı "vurur"...

    Böyüyün ruhu 5 ildir kainatı dolaşır, biz onu görməsək də, o bizi görür, hiss edir. Həmişə olduğu kimi, arada gülümsünür, arada hirslənir, həyatda olduğu kimi, zamanı, vaxtı da düşünmür. Həyatda olduğu kimi, narahatlığını da gizlədir... Ailə, övlad, nəvə, futbolun özü, Vətən!

    Böyükağa Hacıyev tarixçi idi, dünyanın gəlişini, gedişini gözəl bilirdi. 44 günlük Zəfər qələbəmizi əyani görmədi... Hisslərini təsəvvür edirəm. Bu gün "Böyüy"ün futbolda, gərgin geosiyasi gəlişmələrdə ictimaiyyətə deyə biləcəyi sözünə necə də adı kimi böyük ehtiyac duyulur. "Böyük" ruhuna kimi vətənpərvər idi.

    Klub rəsmiləri, inzibati, futbolçu heyətlə Səmərqəndə, Bahadır Nasimovun toyuna getmişdik. "Böyüy"ün ürəyi bizimlə olsa da, məşq prosesinə görə səfərə çıxa bilməmişdi. Özbək futbolçumuzu çox istəyirdi, arada aralarında şirin, duzlu zarafatları da olurdu. Bahadır da çox istiqanlı insan olaraq baş məşqçinin xatirini əziz tuturdu.

    "Böyük"lə hər gün bir yerdə olardıq. Klubun, komandanın dərd-səri, oyunlar, müzakirələr, fikir mübadilələri, ara-sıra mübahisələr... Arada zarafatla "3 barmağını 3 xal istəyilə hər dəfə sifətimə yönəltməklə gözümün birini sən xarab elədin" deyirdi. Hərdən tələblərə görə inciyirdi, amma heç vaxt küsmürdü, bilirdi ki, bütün bunlar "Neftçi" adına edilir. "Böyük" böyük psixoloq idi...

    Səmərqənddən qayıtmışıq, ilk sualı toyun necə keçdiyi yox, "Əmir Teymurun məqbərəsini ziyarət etdin?" oldu. Cavabında nəinki məqbərəni, məzarını, ustadını, nəvələrini, Azərbaycan memarlarının ucaltdıqları sənət əsərlərini də ziyarət etdiyimi eşitdikdə, məmnun təbəssümlə "Yox desəydin, üzünə baxmazdım" dedi.

    Tarixçi Böyükağa Hacıyev tarixə belə həssas yanaşardı. Bahadırın gəlin gətirdiyində qız evinin xüsusi olaraq canlı "Qarabağ şikəstəsi" sədaları ilə yola salındığını eşitdikdə "Bahadır qayıtsın, onun alnından öpəcəm" razılığı ilə əlavə etdi: "Kiprdə mətbuat konfransı yadında?"

    "Qəlbimizdə Azərbaycan və Türkiyə bayraqları ilə oyuna çıxacağıq!" Bu sözlər bu gün deyilməyib.

    O vaxtlar bir çoxları cəmiyyət arasında Türkiyə adını çəkməyə belə ehtiyat edirdilər, nəinki Nikosiyada, yerli, əcnəbi jurnalist ordusunun önündə olsun.

    Böyükağa Hacıyev bizim qəlbimizdə belə qalıb və hər zaman da belə qalacaq. Bu anlamda bizim üçün də zaman, vaxt anlayışı yoxdur. Zaman zamandır, tarixdə qalanlar isə səbir edib, bacarığını göstərib imkan verildiyi qədər vaxt anlayışını qəbul etməyənlərdir!

    5 il çox tez ötdü... O qədər xatirələr qalıb... Böyükağa Hacıyev çox da uzun sürməyən həyatında 60 illiyini görə bilməsə də, sözü, əməli ilə 60 illər sonra da Azərbaycan futbolunda xatırlanacaq, qəlbində gəzdirdiyi bayraqlar kimi ürəklərdə daimi yaşayacaq!

    Ruhun şad olsun, Böyük!

    Tahir Süleymanov ("Neftçi"nin sabiq vitse-prezidenti)

    Futbol

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53
    Futbol

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10
    Futbol

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37
    Minifutbol

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36
    Futbol

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32
    Futbol

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13

    "Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

    15.10.2026 10:51:47

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved