Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın Akademiyası üçün yer Binə qəsəbəsinə yaxındır" – Tahir Gözəl
    28.05.2023 08:12:52

    “Qarabağ”ın səviyyəsinə uyğun keyfiyyətli futbolçular alacağıq”.

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl çempionluq ziyafəti öncəsi jurnalistlərə açıqlamasında deyib.

    “Zirə”nin hücumçusu Hamidu Keytanı transfer etdiklərini açıqlayan klub rəhbəri başqa keçidlər üçün çalışdıqlarını bildirib: “Qarabağ” artıq ulduz yetişdirən klubdur. Büdcəmiz çatan ən yaxşı cavan, istedadlı futbolçular seçiləcək. Onlarla birlikdə yenə Avropada önəmli yerlərdə qərarlaşacağıq. Uğurlu ilimiz oldu. Klubdan növbəti mövsüm daha uğurlu çıxış gözləyirəm. Bunun üçün önlərində heç bir əngəl yoxdur”.

    O, 10-cu Premyer Liqa çempionluğunun əhəmiyyətindən bəhs edib: “10-cu çempionluq Azərbaycanda ilkdir. Bu bizi çox sevindirir. Hamımızda ayrı bayram sevinci var. 10 çempionluq o deməkdir ki, bu klubda artıq qələbə ruhu formalaşıb. “Qarabağ”ın loqosunda 1 ulduz var. UEFA hər 5 çempionluğa 1 ulduz verir. Bizim də loqomuz dəyişəcək, orada 2 ulduz olacaq. Bu, böyük nailiyyətdir”.

    T.Gözəl zəfəri işğaldan azad olunmuş Qarabağın təmsilçisi kimi qeyd etməyin onlar üçün qürur mənbəyi olduğunu vurğulayıb: “Bizə bu xoşbəxtliyi bəxş edən Prezident İlham Əliyevə, hökumətə və şəhidlərimizə minnətdarlığımı bildirirəm”.

    Klub prezidenti artıq akademiya ilə bağlı əməli fəaliyyətə başladıqlarını deyib. Ancaq o, akademiyanın məkanı ilə bağlı tərəddüd keçirdiyini gizlətməyib: “Komandanın yalnız növbəti mövsümdəki çıxışı yox, uzunmüddətli layihəsi məni maraqlandırır. Hesab edirəm ki, ən böyük hədiyyə akademiyanın qurulması oldu. 2 il əvvəl demişdim ki, akademiyada gənclərə investisiya etməyin zamanı gəlib. Artıq bu yöndə işlərə başlamışıq. Yavaş-yavaş “Qarabağ”ın akademiyasını tikəcəyik. Yer də müəyyənləşib. Amma mənim ürəyimdən keçən stadionumuzun ətrafında akademiya tikməkdir. Vahid “Qarabağ” ruhunun yaranması baxımından bu, çox önəmlidir. Akademiyanın stadionumuzun yanında olmasına çalışacağıq. Bunun üçün cənab Prezidentdən, nazirlərdən xahiş edəcəyik. Hələlik məkanımız var, Binə qəsəbəsinə yaxın yerdədir. İdeal yerdə deyil, bir az uzaqdır. Artıq bu il inşaata başlamağı planlaşdırırıq. Bu, klub prezidenti olaraq atdığım ən önəmli addımlardan biridir”.

    Tahir Gözəl gələcəkdə bəzi vacib görüşlərin Ağdamda təşkilini də istisna etməyib: “Avropada müntəzəm oynayan “Qarabağ” kimi klubun əsası artıq Bakıdadır. Ölkə başçısının göstərişi ilə Ağdamda da stadionlar tikiləcək. Bu, vaxt aparan prosesdir. Doğru zamanda oyunlarımızı orada keçirməyimizə həmişə şad olaram. Bu, bizim üçün fəxr olar. Ancaq düşünürəm ki, “Qarabağ” infrastrukturunu Bakıda qoyub, məkanını da paytaxtda genişləndirməlidir. Lazımlı, önəmli matçlarımızı Qarabağda keçirmək bizim üçün böyük şərəf olar”.

    Futbol

    "Araz-Naxçıvan" - "Kəpəz": HEYƏTLƏR

    9.10.2026 14:50:28
    Futbol

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51
    Futbol

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43
    Futbol

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27
    Futbol

    Azərbaycan və Ermənistan klubları ilə bağlı qadağa qüvvədə qaldı

    9.10.2026 12:15:16
    Futbol

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Ömərin bürünc medalı işlərimizin düzgün istiqamətdə getdiyini göstərir" – Fərhad Rəcəbli

    9.10.2026 15:42:46

    Erməni cüdoçudan Bakıda tərbiyəsizlik

    9.10.2026 15:16:18

    "Araz-Naxçıvan" - "Kəpəz": HEYƏTLƏR

    9.10.2026 14:50:28

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında medalsız qaldı - YENİLƏNİB

    9.10.2026 14:09:24

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27

    Azərbaycan və Ermənistan klubları ilə bağlı qadağa qüvvədə qaldı

    9.10.2026 12:15:16

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30

    "Hyuston"un sabiq basketbolçusu Azərbaycan klubunda

    9.10.2026 11:13:39

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved