Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "7 min manat mükafat alacağıq" – Şahin Diniyev
    28.05.2023 00:00:25

    "2 aya yaxın futbol olmayacaq. Yazılan da, deyilən də bəzən üst-üstə düşmür. Amma peşəkarlığınızın qarşısında baş əyirəm. 27 ildir baş məşqçi işləyirəm. Həyatımda ən gərgin, çətin oyun oldu. Doğrudur, çətinliklərə öyrəşmişəm. "Səbail" camiəsinin, akademiyadakı uşaqlara görə də ürəyim ağrıyırdı. Çətin günümüzdə də birlikdə olmuşuq. Çiynimdə yük çox idi. İçimdə bir söz var, deyəcəyəm. "Şamaxı"nın I diviziona düşməsi Azərbaycan futboluna vurulan ən böyük zərbə olacaq. İdman prinsipini deyə bilərsiniz. Hamını "Şamaxı"nı Premyer Liqada saxlanılması üçün səsləyirəm. Reqlament varsa, hər 3 liqada olmalıdır. I dəstədəki sonuncu komanda niyə Region Liqasına düşmür? Demək ki, idman prinsipi pozulur. Cavid Hüseynov yaxşı komanda hazırlayıb. Çempionatda rəqabət var idi. Onlar üçün nələr etmişdilər. Çətin olacaq. Son nəfəsimizə qədər "Şamaxı"nın getməməsini istəyən ən böyük mənəm. İdman prinsipindən danışmaq tezdir. Eyni reqlament 3 liqada varsa, aydındır. Amma idman prinsipi təkcə Premyer Liqadadır? "Şamaxı" çox yaxşı komandadır. Futbolumuzun inkişafını istəyiriksə, hərdən göz yummalıyıq. "Turan Tovuz" və "Kəpəz" ötən mövsüm neçənci yeri tutub gəldi? Onda idman prinsipi yada düşmürdü. "Şamaxı"nın gedişi ilə Azərbaycan futboluna ziyan vururuq. Oyunlar sayı çox olacaq. Həm hüquqi, həm də idman prinsipi cəhətdən ən düzü budur".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib. O, "Şamaxı" ilə görüşdən sonra mətbuat konfransında iştirak edib

    – Çempionatda 12 komandanın olmasına qərar verəcək şəxslərdən biri keçmiş iş yoldanışınız Vaqif Sadıqovdur. Bu fikirlərinizi ona demisiniz?
    – İndiyə kimi çatdırmamışam. Amma bundan sonra 12 nəfərin hər birindən xahiş edə bilərəm ki, "Şamaxı"nı Premyer Liqada saxlasınlar. Hüquqi cəhətdən də sübut da edə bilərəm. 

    – Premyer Liqadakı yerinizi çoxdan təmin etməli deyildiniz?
    – 
    "Şamaxı"nı 4 xalla qabaqladıq. Bəs deyil? Bu komandanı mən yığmamışdım. "Səbail" Premyer Liqadan çıxsaydı da, Mahmud Qurbanov yox, mən cavabdeh olacaqdım. Dəyişiklik etməyə gücümüz çatmadı. Maddi cəhətdən demirəm. Cəmi 3 futbolçu götürmüşdüm. Onlar da etimadımızı doğrultdu. I dövrədə "Səbail" 10 xal yığmışdı, II dövrədə isə 19 xal toplamışıq. Bunu ilk dövrədə etsəydik, necə olacaqdı? Günahı kiminsə üstünə atmıram. Komandam oyun sarıdan heç kimə uduzmayıb. Yalnız fərdi səhvlər həlledici rol oynayırdı. Təsəvvür edin, "Qarabağ" 71 dəqiqə qapımıza yol tapa bilmədi. Sistemin oturuşması üçün vaxt lazımdır. O da yox idi.

    – "Səbail"dəki gələcəyinizi necə görürsünüz?
    – 
    Yeni gəlmişik, hara gedirik? Oyundan sonra prezidentimiz Rauf Əliyev Almaniyadan zəng edərək, mənimlə danışdı. Yeni mövsümdən İddialı "Səbail" görəcəyik. Belə sponsorları qaçırmaq, küsdürmək olmaz. 2 gündən sonra görüşümüz olacaq. Söz verirəm ki, iddialı, avrokuboklar uğrunda mübarizə aparan "Səbail" görəcəksiniz.

    – 5 min manatlıq mükafatın vədini aldınız?
    – Qabaqcadan 5 min təyin olunmuşdu, Rauf Əliyevdən xahiş etdim ki, 2 min manat da artırsın. 7 min manatlıq mükafat alacağıq.

    – Klubda qalsanız, hansı futbolçular qalacaq?
    – Gərək sponsorla danışım. Büdcəyə uyğun futbolçu götürəcəyik. İddialı olacağıqsa, mütləq dəyişəcəyik. 100 faiz dəyişiklik olmayacaq. 50 faizdən çox futbolçu qalacaq. Ağır da olsa, addım atmalıyıq. Bir çox futbolçu qalacaq.

    – Sizcə, Qoba Zakpanın "Turan Tovuz"la oyundakı hərəkəti qeyri-etik idi, yoxsa həqiqətən şortunu düzəldirdi?
    – Futbolçu adətən belə hərəkəti ya azarkeşə, ya rəqib komandaya, ya da birbaşa kameraya edir. Fikir versəniz, Zakpanın epizodunda bunların heç biri yox idi. Sadəcə emosional vəziyyətdəydi. Təbii ki, belə hərəkəti dəstəkləmirəm. Kaş, mənə qarşı edərdi. Burada bir məqsəd var idi. O da Zakpanın bu gün meydana çıxmaması. Buna da nail oldular. Amma ilahi ədalət deyilən şey var. Allah böyükdür.

    Futbol

    Bölgə təmsilçisi 5 futbolçunu geri qaytardı

    26.05.2026 16:40:56
    Futbol

    AFFA PFL rəhbərliyinin qarşısına 2 şərt qoydu

    26.05.2026 16:09:45
    Futbol

    "Sabah" qapıçısı ilə müqaviləni yeniləmədi

    26.05.2026 15:10:50
    Futbol

    "Neftçi" 3 legionerə "qapını göstərdi"

    26.05.2026 15:04:18
    Futbol

    "Araz-Naxçıvan"da gözlənilən ayrılıq

    26.05.2026 14:46:14
    Futbol

    AFFA "Qarabağ"ı 8 min cərimələdi

    26.05.2026 14:37:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Basketbol yığmalarımız Belarusa yollandı

    26.05.2026 17:11:00

    Bölgə təmsilçisi 5 futbolçunu geri qaytardı

    26.05.2026 16:40:56

    AFFA PFL rəhbərliyinin qarşısına 2 şərt qoydu

    26.05.2026 16:09:45

    "Sabah" qapıçısı ilə müqaviləni yeniləmədi

    26.05.2026 15:10:50

    "Neftçi" 3 legionerə "qapını göstərdi"

    26.05.2026 15:04:18

    Azərbaycanı Poreçdə onlar təmsil edəcəklər - ADLAR

    26.05.2026 14:52:37

    "Araz-Naxçıvan"da gözlənilən ayrılıq

    26.05.2026 14:46:14

    AFFA "Qarabağ"ı 8 min cərimələdi

    26.05.2026 14:37:08

    Azərbaycan millisinin 2 oyun üçün heyəti - ADLAR

    26.05.2026 14:11:28

    Millimizə yeni futbolçu cəlb olundu

    26.05.2026 13:47:02

    Toral Bayramov "Bursaspor"un düşərgəsinə gec qoşulacaq

    26.05.2026 13:12:03

    "Onun Avropa çempionu olacağına hamımız inanırdıq" - Mədinə Sadıqovanın məşqçisi

    26.05.2026 12:55:28

    Mahir Emreli Kipr klubunun hədəfində

    26.05.2026 12:17:46

    "Qarabağ" 1-ci, "Neftçi" 2-ci oldu

    26.05.2026 11:57:13

    "Neftçi"nin futbolçusu Kipr klubuna keçdi

    26.05.2026 11:38:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved