Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Velosipedçimiz “Tour of Albania”da gümüş medal qazandı
    27.05.2023 14:02:26

    Albaniyada şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı yarışı başa çatıb.

    Prosport.az xəbər verir ki, mayın 26-da baş tutan sonuncu mərhələdə Permetdən start götürən velosipedçilər 122 kilometr məsafə qət edərək Fier ərazisində finiş xəttini keçiblər. Beşinci yarış günündə 9 ölkədən 11 komandanın heyətində ümumilikdə 55 idmançı birincilik uğrunda mübarizə aparıb.

    “Tour of Albania” yarışında iştirak edən Azərbaycanın kişilərdən ibarət elit – U-23 milli komandasının üzvləri yüksək nəticəyə imza atıblar. Belə ki, idmançılarımız əsl komanda əzmkarlığı göstərərək, millimizin aparıcı üzvlərindən Samir Cəbrayılova böyük dəstək olublar. Nəticədə velosipedçimiz bu mərhələdə 2 saat 42 dəqiqə 56 saniyə nəticə ikinci yerə layiq görülərək gümüş medal qazanıb. O, özünün və milli komandamızın hesabına 3 UCI reytinq xalı yazdırıb.

    Digər velosipedçilərimizdən Nəcəf Bağırov yeddinci, Şahin Eyvazov 29-cu, Kamran Mirzəxanov 33-cü, Musa Mikayılzadə isə 35-ci yerlə kifayətləniblər.

    Mərhələnin qalibi 2 saat 42 dəqiqə 55 saniyə nəticə ilə Yunanıstan milli komandasının üzvü Polixronis Tzortzakis olub.

    Ümumi təsnifatda isə M.Mikayılzadə (15 UCI xalı) beşinci, S.Cəbrayılov (5 UCI xalı) yeddinci, Ş.Eyvazov 29-cu, K.Mirzəxanov 31-ci, N.Bağırov 44-cü, Azərbaycan millisi isə 6-cı yerdə qərarlaşıblar.

    S.Cəbrayılov yarışın ən yaxşı dağ velosipedçilərinin siyahısında ikinci, ən yaxşı sprinterlərinin siyahısında isə üçüncü nəticə göstərib.

    Veloturun ən yaxşı gənc idmançılarının sırasında isə Ş.Eyvazov onuncu, K.Mirzəxanov 11-ci, N.Bağırov isə 16-cı pillədə yer alıb.

    Qeyd edək ki, yarışın dördüncü mərhələsi kəskin hava şəraiti səbəbindən ləğv edilib. Yarış beş mərhələdən ibarət olub.

     

    Stolüstü oyunlar

    Abasov fərqi artırdı, Beydullayeva lideri məğlub etdi

    23.11.2026 21:48:30
    Digər idman növləri

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30
    Stolüstü oyunlar

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29
    Digər idman növləri

    Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazandı

    19.11.2026 18:54:08
    Digər idman növləri

    Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımı ilə bağlı görüş

    19.11.2026 15:44:18
    Digər idman növləri

    İdmançılarımız Türkiyədə birinci oldular

    17.11.2026 22:49:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" - "Barselona": İspanlar Bakıda da qol buraxacaq?

    23.11.2026 22:40:34

    "Sabah"la oyun öncəsi "Barselona"da narazılıq

    23.11.2026 22:14:42

    Abasov fərqi artırdı, Beydullayeva lideri məğlub etdi

    23.11.2026 21:48:30

    "Barselona" Bakıya gəldi

    23.11.2026 21:12:11

    2031 və 2035-ci il dünya çempionatlarına bu ölkələr ev sahibliyi edəcək

    23.11.2026 20:42:55

    Yüksək və I Liqalarda ilk turun nəticələri

    23.11.2026 20:20:16

    İlk dəfə təşkil olunacaq Qran-pridə 2 cüdoçumuz mübarizə aparacaq

    23.11.2026 19:48:41

    "Qarabağ"da yeni transferlər - Rəhbərlik ekstra büdcə ayırdı

    23.11.2026 19:22:44

    Millimizin kapitanı Riqada mükafatlandırıldı

    23.11.2026 18:46:09

    II Liqa: "Marafon" və "Şəmkir"dən qələbə

    23.11.2026 18:15:17

    UEFA "Sabah"ın legionerinin cəzasını açıqladı

    23.11.2026 17:46:23

    Basketbol Federasiyası yeni əməkdaşlığa start verdi

    23.11.2026 17:19:15

    "Barselona" Bakıda 22 futbolçu ilə gəlir - ADLAR

    23.11.2026 16:47:21

    Millimizə 27 futbolçu çağırıldı - ADLAR

    23.11.2026 16:12:13

    FIFA referimiz "Benfika"nın oyununa təyinat aldı

    23.11.2026 15:43:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved