Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Stadion üçün xüsusi VAR avtomobili alınıb" – "Araz Naxçıvan"ın rəhbəri
    25.05.2023 03:00:00

    Naxçıvan Futbol Federasiyasının və I divizionun qalibi olan "Araz Naxçıvan"ın İdarə Heyətinin sədri Vüqar Abbasovun Prosport.Az saytına müsahibəsi

    – Hansısa fors-major hal ola bilərmi ki, komanda Premyer Liqaya buraxılmasın?
    – Adından da bəlli olduğu kimi, fors-major halı istisnadır. Amma düşünürəm ki, böyük ölçüdə biz Premyer Liqada iştirak edəcəyik. Çünki iştirak etməməyimiz üçün bir səbəb yoxdur. AFFA və PFL-in stadionun qazonu və işıqlandırılması ilə bağlı bəzi tələb və təklifləri vardı. Artıq biz o məsələləri həll etmişik. "Zaqatala" ilə görüş zamanı da bu məsələlər AFFA prezidenti Rövnəq Abdullayevlə müzakirə olundu. 

    – Bizdə olan məlumata görə, bu stadionda VAR otağının təşkili problemi var...
    – AFFA rəhbərliyi tərəfindən artıq stadion üçün xüsusi VAR avtomobili alınıb. O avtomobil bu stadionda qalacaq. Muxtar Respublika blokada şəraitində olduğundan, onu hər dəfə gətirib aparmaq çətin olacağından, həmin avtomobil Naxçıvanda qalacaq.

    – Stadionun qazon məsələsini həll edəcək şirkət söz verib ki, mövsümün əvvəlinə kimi bunu çatdıracaq. Siz bu barədə necə düşünürsünüz, qısa müddətdə qazonun dəyişdirilməsi mümkün olacaq?
    – Düşünmürəm ki, bunu çatdıra bilməyək. Çünki özümüzün inşaat şirkətləri var. Artıq bunun üçün plan qurulub, ölçülər götürülüb. Yaxın günlərdə qazonun dəyişdirilməsinə başlanılacaq. Ümumiyyətlə, növbəti il Naxçıvanda yeni stadionun tikintisi nəzərdə tutulub. Stadionun tamaşaçı tutumu 25 min aralığında olacaq. Bu, şəhərin çıxışında tikiləcək. Düşünürəm ki, 2026-cı ildə bizdə UEFA standartlarına cavab verən xüsusi stadion olacaq.

    – Yeni stadionun tikintisi ilə Gənclər və İdman Nazirliyi, yoxsa klub özü məşğul olacaq? Belə deyək, stadion klubun, yoxsa dövlətin mülkiyyətində olacaq?
    – Bu, xüsusi bir büdcədir. Muxtar Respublikanın inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində futbol infrastrukturunun yaradılması da nəzərdə tutulub. Bu stadionun tikintisi üçün muxtar Respublikanın da, nazirliyin də büdcəsindən pul ayrıla bilər. Həmçinin, UEFA tərəfindən də maliyyə ayrılması mümkündür.

    – Aşağı yaş qrupları üzrə komandaların ölkədaxili yarışlara gətirilib aparılması məsələsi necə həll olunacaq?
    – Logistika məsələsi həqiqətən də muxtar respublika üçün çətindir. İnşallah, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Zəngəzurdan dəhliz açılarsa, maşınla onları gətirib aparmaq asan olar. Bu səbəbdən bəzi komandalarımız (U-17, U-19 və əvəzedici komandaları nəzərdə tutur – S.M.) Bakıda fəaliyyət göstərəcək... Asan heç nə olmur. Hər şeyə mən realist düşünən insanam. Hər şeyə addım-addım irəliləməliyik. Ayrılan maliyyə vəsaitinin düzgün şəkildə xərclənməsinə fikir verməliyik. Özüm uzun müddət kommersiya fəaliyyəti ilə məşğul olduğumdan, bu məsələlərin necə tənzimlənməli olduğunu yaxşı bilirəm. Ağıllı idarəçiliklə həm büdcəni artırmaq, həm də inkişaf etmək mümkündür. Bunun üçün idarəçilikdə də təcrübəli komanda formalaşdırmaq lazımdır.

    – Ötən il baş məşqçi postuna Azər Bağırovu təyin etdiniz və onunla 3 illik müqavilə bağladınız. Onunla bağlı nə qərar vermisiniz? Yola davam edəcəksiniz?
    – Baş məşqçi seçimi olarkən 10-a yaxın adamla görüşmüşdüm. Mənim üçün önəmli olan məşqçinin peşəkarlığından əlavə, onun xarakteridir. Baş məşqçi məsələsinə müəssisəyə bir rəhbər götürürəm kimi yanaşmışam. Onun liderlik qabiliyyəti olmalıdır. Allaha şükür ki, bu xarakter də bizim baş məşqçidə var, ondan razıyam. Mən özüm də tez-tez adam dəyişməyi xoşlamıram. Şirkətimdə 20-30 il işləyənlər var. 80% mənim şərtlərimi təmin edirsə, məni qane edir.

    – Siz həm də iş adamı kimi "Cahan Holdinq"in prezidentisiniz və bu səbəbdən rəhbəri olduğunuz şirkət həm də klubun baş sponsoru sayılır. Ancaq indi Premyer Liqaya yüksəldiyinizdən, maliyyə xərcləri daha da çoxalacaq. Bunun üçün hansısa şirkətlərlə danışıqlar gedirmi?
    – Ölkədə sponsorluq institutu hələ tam formalaşmayıb. Burada söhbət xüsusən futboldan gedərsə... Güləş, cüdo kimi idman növlərinə maliyyə ayırmaq çətin olmur. Məsələn, bir neçə bu növdə olan idmançılara maddi baxımdan köməklik etmişəm. Çünki dünya və Avropa çempionunun yaxşı imkanı, qidalanması olmalıdır. Yaponiyada ən hörmətli idmançılar sumo ilə məşğul olanlardır. Fərdi idman növlərindən fərqli olaraq, kollektiv növlər üçün böyük maliyyə tələb olunur. Mən həm də Naxçıvan Sahibkarlar Konfederasiyasının sədriyəm. Region Liqasında çıxış edəndə sahibkarlara demişdim ki, ayda 5-6 min məşqçilər üçün ayırsın. Görürdüm ki, onlar da bu pulu vermək istəmirdi. Sponsorluq da məcburən olan şey deyil. İqtisad elmləri doktoru kimi deyə bilərəm ki, sponsorluq ümumi problemdir. Bəzən sponsor olmaq istəyənlər qorxur ki, çox adam düşünər ki, onun pulu çoxdur. Bu, reallıqdır. Amma fikrimcə, zamanla bu məsələ də qaydasına düşəcək. Həm də futbola pul ayıran şirkətlər 20% mənfəət vergisindən azad olunsa, yaxşı olar. İndi məhdud faizlə onlar vergidən azad olunsa da, bu onları idmana sponsor olmağa təşviq etmir. İqtisadiyyatla idmanı bir formada birləşdirmək lazımdır. Məsələn, növbəti mövsüm üçün dövlət tərəfindən ümumilikdə Premyer Liqa klublarına 30 milyon manat ayrılacaq. Düşünürəm ki, bu, 50-60 milyon olub, həmin pulun bir qismi sponsor olmaq istəyən sahibkar üçün kompensasiya kimi verilsə, onlarda maraq formalaşar.

    – Klubun İdarə Heyətində dəyişikliklər nəzərdə tutulub?
    – Bəli. Biz burada Müşahidə Şurası yaratmağı nəzərdə tutmuşuq. Müşahidə Şurasına sponsorları da cəlb etməyi düşünmüşük. Klubun prezidenti isə oğlum Ağazakir Abbasovdur.

    – Müşahidə Şurasının say olaraq tərkibi neçə nəfərdən ibarət olacaq?
    – Böyük ehtimalla, 5 nəfər.

    Səbuhi Musa

    Futbol

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52
    Müsahibə

    "Neftçi"nin 90 illiyində çempion olmaq istəyirik" – Rüfət Abbasov

    24.08.2026 16:09:16
    Müsahibə

    “Bu mahnını klub seçib, mən də razılaşmışam” – Ərən Aydın

    23.08.2026 01:40:53
    Futbol

    "Bu klub mənim ürəyimdir" – "Kəpəz"in sabiq mühafizə rəisi

    22.08.2026 15:56:29
    Futbol

    "Gəncəbasar" ev oyunlarını hansı stadionda keçirəcək? – İlqar Nadiridən açıqlama

    21.08.2026 19:50:44
    Futbol

    "Güclü rəqib idi, çox qaçmalı olduq" - "Tvente"nin futbolçusu

    21.08.2026 15:10:48
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52

    "Qarabağ"la oyun öncəsi "Tvente"də yeni müqavilə

    24.08.2026 23:40:26

    Ramil Şeydayev KAMAZ-a qarşı oynadı

    24.08.2026 23:09:31

    "Karvan-Yevlax" növbəti transferini açıqladı

    24.08.2026 22:43:17

    "Qarabağ"dan inamlı qələbə, "Neftçi" darmadağın oldu

    24.08.2026 22:15:31

    "Turan Tovuz"un qolu niyə sayılmadı? - VİDEO

    24.08.2026 21:43:03

    Avropa çempionatı: Millimizdən ardıcıl 3-cü qələbə

    24.08.2026 21:19:50

    "Bu stadionda oynamağı sevirik" - Velko Simiç

    24.08.2026 21:06:58

    "Sabah qalib gələcəyimizə inanırıq" – Valdas Dambrauskas

    24.08.2026 20:55:59

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15

    “Zirə” - “Neftçi” matçının başlama saatı bilindi

    24.08.2026 20:07:59

    "Ailəm "Sabah"la oyunu tribunadan izləyəcək" - Ran Kojux

    24.08.2026 19:12:17

    "Xəyal qurmaq insanın təbiətində var, lakin hələ yolun yarısındayıq" - "Hapoel"in qapıçısı

    24.08.2026 19:03:45

    "Karvan-Yevlax" Ezeni heyətinə qatdı

    24.08.2026 18:40:13

    Kevin Medina yeni klubunda ilk titulunu qazandı - FOTO

    24.08.2026 18:15:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved