Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Şamaxı" ilə oyun lotereya kimi bir şeydir" – Şahin Diniyev
    22.05.2023 20:35:05

    "Səbail" Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.

    Prosport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

    – Yaxşı və bol qollu oyun oldu. Standart vəziyyətləri çıxmaq şərtilə komandam dominant futbol nümayiş etdirdi. Bu gün hücumçusuz oynayırdıq. İstədik ki, oyunu arxadan quraq. Komanda xarakter göstərdi. 0:2-dən sonra geridönüş etmək çətindir. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdən qol buraxdıq. Hər iki hissənin əvvəli bizim üçün çətin idi. Hesab oyuna görə oldu. Hər iki komanda da qalib gələ bilərdi.

    – Hücumçusuz oynamağın səbəbi nə idi?
    – Rəqibin mərkəz müdafiəçiləri birəbir mübarizələrdə çox güclüdür. Ona görə də istədik ki, oyunu mərkəzdə aparaq və həmin müdafiəçilər işsiz qalsınlar. 

    – Sizin gəlişinizdən sonra Ədilxan Qarəhmədovun oynamamasının səbəbi nədir?
    – Tək Ədilxan deyil, Nihad da var. Təzyiq altında oynayırıq. Olduğumuz yer rotasiya etməyə imkan vermir. Buna görə də təcrübəli futbolçulara şans veririk. Ədilxan yaxşı oyunçudur. Vəziyyətimiz fərqli olsaydı, şans verərdim. 

    – "Səbail" I Diviziona düşsə, komadada qalacaqsınız?
    – Heç vaxt "heç vaxt" demək olmaz. Dediyin sözün arxasında durmalısan. Bilmirəm sabah nə olacaq. Gələcəkdən çox şey asılıdır. Hələ cavab verə bilmirəm. İlk seçimim komandada qalmaq olacaq. Amma Premyer Liqada qalmaq şansımızın daha çox olduğunu düşünürəm.

    – Bərabərlik qolu zamanı VAR müdaxilə edərkən hansı hisslər keçirdiniz?
    – Bizim oyunlarda heç vaxt VAR-dan müsbət qərar gəlməyib. Sakitləşdim. Özümü hər qərara hazırlayırdım.

    – "Şamaxı" ilə matçda ustalıq, yoxsa istək əsas amil olacaq?
    – İstək. Bu oyun lotereya kimi bir şeydir. Həmin matçda daha təcrübəli hakimlər olmalıdır. Orada tək bir komandanın yox, böyük bir ailənin taleyi həll olunacaq. Əsas da psixoloji oyun olacaq. Hər səhv nəticəyə təsir edə bilər.

    – "Səbail", yoxsa "Şamaxı" Premyer Liqada qalmağa layiqdir?
    – Hər ikisi.

    Futbol

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42
    Futbol

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27
    Futbol

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25
    Futbol

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45
    Futbol

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13
    Futbol

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved