Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəqibin ən qısa boylu futbolçusu bizə qol vurdu" - Laurentsiu Regekampf
    21.05.2023 20:56:02

    "Neftçi" Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib.

    Prosport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

    - 3 xal qazandığımız üçün sevinirəm. İki oyunçu itirməyimiz məni narahat etdi. Ümid edirəm ki, durumları ciddi deyil. İkinci hissədə daha yaxşı oynadıq. Etdiyim dəyişikliklər oyunumuza aqressivlik verdi. İlk hissədən narazı olduğumu deməzdim. Bəzi qol epizodlarından yararlana bilmədik. Birinci hissənin sonlarında rəqibin ən qısa boylu futbolçusu bizə qol vurdu. İkinci hissədəki oyunumuz məni qane edir. "Sabah"la matça daha yaxşı əhval-ruhiyyədə gedəcəyik.

    - Az oynayan futbolçulara şans verdiniz. Amma Aqil Məmmədov ehtiyatda qaldı. Bu, nə ilə bağlı kidi?

    - Adlar haqda danışmaq istəmirəm. Aqili çox yaxşı tanıyırıq, onun şansa ehtiyacı yoxdur. Hər zaman bizə kömək edə bilər. Hazırda Brkiçə daha çox şans vermək lazımdır. Çünki, qarşıda iki çətin oyun var. Qapıçılarla futbolçular fərqlidir. Qapıda tez-tez dəyişiklik etmək olmaz. Bəzi oyunçular dincəlməyə layiqdirlər. Ona görə də bu gün qarışıq heyət buraxdıq. Məqsədimiz 3 xal qazanmaq idi. Bəli, bəzi futbolçulara şans verdik. Düşünürəm ki, balans yarandı. 

    - Demişdiz ki, futbolçulardan müsbət siqnal alsam, komandada qalacam. Həmin siqnalı ala bildiz?

    - İlk siqnal pozitiv gəldi. Onların göstərdiyi oyundan razı qaldım. Uzun müddət oyunamayan futbolçular da yaxşı mübarizə apardılar. Bu, məni sevindirir.

    - Höccət Haqverdi bu gün müdafiənin mərkəzində oynadı. Bundan sonra da onu həmin mövqedə oynadacaqsız?

    - Biz Höccəti mərkəz müdafiəçisi kimin gətirmişik. Bu gün Ömərə şans verdik. Göründü ki, yaxşı formadadır. Ömər həm müdafiədə etibarlıdır, həm də hücumlara yaxşı qoşulur. Ümid edirəm ki, Höccətin zədəsi ciddi deyil.

    - Komandanın stabil çıxış etməsi üçün nə çatmır?

    - Çoxlu futbolçular lazımdır.

    - Müqaviləsi bitən futbolçularla bağlı durum nə yerdədir?

    - Bildiyim qədərilə müqaviləsi bitən bütün futbolçuarla danışıq olub. Bəziləri yeni sözləşmə imzalayıb. Hazırda bütün diqqətimiz mövsümün sonuna köklənib.

    - Əks-hücumda oynamağınızın səbəbi nə idi?

    - Desəm ki, taktikamız belə idi, yalan danışmış olaram. Planımız o idi ki, ilk hissədə qol vuraq. Boqomolskinin qol vurmaq üçün yaxşı fürsəti var idi. Məni narahat edən ilk hissənin sonunda qapımızda belə qol buraxmaq idi. Həftə ərzində standart vəziyyətlərin üzərində çox çalışmışdıq. Hamı son saniyəyə kimin oyuna köklənməlidir.

    - Şayiələr var ki, xarici klublardan təklifləriniz var. Bu haqda məlumat verə bilərsiz?

    - Şaiyələri şərh edə bilmərəm. Deyə bilərəm ki, burada olacağam.

    Futbol

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58
    Futbol

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18
    Futbol

    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub

    9.10.2026 22:22:06
    Futbol

    "Mən bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas

    9.10.2026 21:58:06
    Futbol

    "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - VİDEO

    9.10.2026 21:25:03
    Futbol

    Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü

    9.10.2026 20:59:53
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18

    "Oyun keyfiyyətini artırmaq üçün çox çalışmalıyıq” - Georgi Kondruseviç

    9.10.2026 22:33:14

    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub

    9.10.2026 22:22:06

    Erməni cüdoçunun şübhəli qələbəsi

    9.10.2026 22:21:55

    "Gözləmədiyimiz məğlubiyyətlə üzləşdik" - Uğur Özdemir

    9.10.2026 22:03:43

    "Mən bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas

    9.10.2026 21:58:06

    "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - VİDEO

    9.10.2026 21:25:03

    "Sumqayıt" evdə Naxçıvan təmsilçisinə uduzdu

    9.10.2026 21:18:42

    Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü

    9.10.2026 20:59:53

    Montella Türkiyə millisindən istefaya göndərildi

    9.10.2026 20:16:06

    Mərkəzi oyunda "sülh", "Mingəçevir" böyük hesabla uduzdu

    9.10.2026 19:34:43

    "Buraxdığımız kobud səhv planlarımızı alt-üst etdi" – Yuri Maksimov

    9.10.2026 19:07:28

    "Bizim üçün hər oyun 6 xala bərabərdir" - Azər Məmmədov

    9.10.2026 18:54:58

    "Neftçi" - "Sabah": HEYƏTLƏR

    9.10.2026 18:32:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved