Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Kamil Məmmədov: "Artıq "Qusar"ın I divizionda iştirakı ilə bağlı müraciət etmişik"
    19.05.2023 14:43:46

    AFFA-nın təşkil etdiyi həvəskar statuslu Region Liqasında 2022/23 mövsümü sona yaxınlaşır. 21 mayda "ASK Arena"da (keçmiş "Şəfa") "Qusar" – "Arpaçay" ("Şərur") və Bayıldakı "ASCO Arena"da "Marxal" (Şəki) – "Çinar" (Zəngilan) yarımfinal oyunları keçiriləcək. Hər 2 matç saat 16:30-da start götürəcək.

    Prosport.Az bu məqsədlə "Qusar" komandasının təsisçisi, Azərbaycanın ilk FIFA lisenziyalı meneceri, "Standard", "Olimpik" kimi klubların təsisçisi, hazırda minifutbol üzrə Azərbaycan çempionatında çıxış edən "Beerbasha" komandasının təsisçisi və kapitanı Kamil Məmmədovdan müsahibə götürüb.

    – AFFA-nın təşkil etdiyi Region Liqasında çıxış edən "Qusar" komandasının siz tərəfindən yaradılması necə oldu?
    – Mən Qusarda böyümüşəm. Bir qusarlı olaraq bizim rayonda həmişə böyük futbolun olmasını arzulamışam. "Şahdağ"ın I diviziondan uzaqlaşdırılmasından sonra Qusarda peşəkar futbol yox idi. Qərara gəldik ki, futbolsuz qalan qusarlı oyunçulardan ibarət komanda quraq və Qusar əhalisini sevindirək. Artıq 3-cü ildir ki, bu komanda ilə iş görürük. Ötən il olduğu kimi, yenə Region Liqasında yarımfinal mərhələsinə kimi gəlmişik. Bizim məqsədimiz Qusarda və şimal zonasında futbolun səviyyəsini qaldırmaq, eləcə də I divizionda – peşəkar çempionatda çıxış etmək olub. Region Liqası bölgələrdə futbolun inkişafı baxımından əla layihədir. Ancaq inanıram ki, gələcəldə bu layihənin qaliblərinin I diviziona yüksəlməsi ilə bağlı bağlantı da olacaq.

    – Komandanın bütün xərcləri siz tərəfindən çəkilir, ya başqa şəxslər tərəfindən də kömək olunur?
    – Kömək edən yaxın dostlar var. Amma demək olar ki, əsas xərcləri özüm çəkirəm. Bildiyiniz kimi, Region Liqasında xərclər çox tələb olunmur.

    – Niyə Region Liqası oyunlarınızı yarımfinaladək Qusarda yox, Siyəzəndə keçirdiniz?
    – Çünki bir neçə ildir ki, Qusarın Şövkət Orduxanov adına şəhər stadionu bərbad vəziyyətdədir. Orda inşaat işləri gah başlayır, gah da dayanır deyə oranın durumu bilinmir. Ona görə də məcburiyyətdən Siyəzəndə oynamışıq. Amma AFFA-nın reqlamentinə əsasən yarımfinal və final oyunları neytral meydanda keçirilir. 

    – Bu matça Qusardan da azarkeşlərin gəlişi nəzərdə tutulub?
    – Hazırda bu məsələ üzərində iş gedir. Qusardan Bakıya azarkeşlərin gətirilməsi üçün avtobusların təşkilinə çalışırıq. Stadionda çox tamaşaçının olacağı gözlənilir. Qusar camaatı həqiqətən futbol üçün darıxıb.

    – Region Liqasının qalibi olsanız, I diviziona iştirakla bağlı müraciət etməyi düşünürsünüz?
    – Düşünürəm ki, artıq divizionda iştirak etməyimiz üçün heç bir maneə yoxdur və müraciətimizi də etmişik. I divizionda iştirak etmək üçün Region Liqasında 3 il iştirak etmək qaydası artıq ləğv olunub. Düşünürəm ki, bu qaydanın ləğv olunması doğrudur. Qusarda tamaşaçı baxımından da problem yoxdur. Hər zaman oyunlarımızda çoxlu sayda azarkeşə rast gəlmək mümkündür. Biz görürük ki, artıq AFFA idman prinsiplərinə əməl olunması üçün işlər görür, diviziondan Premyer Liqaya komanda çıxır. Bu da bizdə motivasiya formalaşdırdı və I divizionda iştirakla bağlı AFFA-ya müraciət etdik. Əgər Şövkət Orduxanov adına şəhər stadionunda ev oyunlarımızı keçirmək mümkün olmasa, ehtiyat variant kimi də stadion tapmışıq. Hazırda o yerin məxsus olduğu qurumla danışıq aparırıq. I divizionda iştirak etmək üçün aşağı yaş qrupu komandalarımız da olacaq. Bunun üçün Qusar və ətraf rayonlarında yerləşən futbol məktəbləri ilə danışıqlar aparmışıq.

    – I divizionda iştirak üçün AFFA-nın baş sponsoru olan SOCAR tərəfindən hər kluba 300 min pul ayrılacaq. İştirakınıza "yaşıl işıq" yandırılsa, bu məbləğlə kifayətlənəcəksiniz?
    – Xeyr, bu məbləğlə kifayətlənmək fikrimiz yoxdur. Bölgənin peşəkar futbola qayıdışının rəsmiləşməsindən sonra Qusar iş adamlarından gözləntilərimiz böyükdür.

    Səbuhi Musa

    Futbol

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42
    Futbol

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27
    Futbol

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25
    Futbol

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45
    Futbol

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13
    Futbol

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved