Azərbaycan Premyer Liqasının XXXIV turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.
Prosport.az xəbər verir ki, ən yüksək göstərici Bayılda qeydə alınıb. "Qarabağ"ın "Səbail"i məğlub edərək (3:0) çempionluğunu təmin etdiyi görüşü 2000 azarkeş tribunadan izləyib.
Digər yüksək göstərici "Sumqayıt" - "Sabah" görüşündə olub. Qonaqların 4:0 hesablı darmadağını ilə başa çatan oyunu 1300 fanat izləyib.
Turun görüşlərində ümumilikdə 4950 azarkeş stadionda olub.
Ən yüksək göstərici Bayılda
