Almaniya III Bundesliqasında 36-cı turun oyunları keçirilib.
Prosport.az xəbər verir ki, Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge” evdə Dortmund “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.
Dmitri start heyətdə meydana çıxıb və 31-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” hazırda 44 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.