Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    AMADA-nın "Heydər Əliyev İli" ilə bağlı bir sıra idman tədbirində aksiyası – FOTO
    10.05.2023 15:10:29

    Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər həyata keçirib. 

    Prosport.Az-a verilən xəbərə görə, Heydər Əliyevin “Qoy ədalət zəfər çalısın!” sözlərini şüar seçən AMADA-nın keçirdiyi tədbirlər ölkənin bir çox regionlarını və idman növlərini əhatə edib.

    Belə ki, AFFA və  PFL-in dəstəyi ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turunun bütün oyunlarında hakimlər və futbolçular əyinlərində AMADA tərəfindən hazırlanmış “Heydər Əliyev İli” və ədalətli idmanın təşviqinə aid xüsusi geyim və əllərində şüarlarla meydana çıxıblar. Turun Sumqayıt şəhərində baş tutan "Sumqayıt" – "Neftçi" oyununda AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri, Ədalətli İdman elçisi İlham Zəkiyev meydana çıxaraq topa rəmzi başlama vuruşunu edib. Tovuzda baş tutan “Turan Tovuz” – “Şamaxı” oyununda isə azyaşlı idmançılar böyüklərlə bərabər xüsusi geyimdə meydana çıxıblar. Bundan əlavə, AFFA Yüksək Qızlar liqası “Neftçi" – "Sumqayıt"” oyununda eyni aksiya baş tutub. 

    Qadın və kişilər arasında voleybol üzrə ölkə çempionatının, habelə Azərbaycan Basketbol Liqasının bir sıra oyunlarında da analoji tədbir baş tutub.

    Bundan əlavə, Azərbaycan Velosiped Federasiyasının təşkil etdiyi Azərbaycan Kubokunun Xızı rayonunda baş tutan 3-cü mərhələsində də “Qoy ədalət zəfər çalsın” şüarı altında tədbirlər keçirilib.

    AMADA Naxçıvan Muxtar Respublikasında da silsilə tədbirlərini davam etdirib. Belə ki, “Heydər Əliyev İli”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyində də “Qoy ədalət zəfər çalsın” şüarı altında ədalətli idmanın təşviqi həyata keçirilib.

    Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən təşkil edilən Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” turnirinin işğaldan azad edilmiş Suqovuşanda təşkil edilən mərhələsində də “Qoy ədalət zəfər çalsın” aksiyası baş tutub.

    AMADA-nın təşəbbüsünə Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Güləş Federasiyası, Azərbaycan Atıcılıq Federasiyası da qoşulub və bu federasiyaları təmsil edən idmançılar silsilə tədbirlərdə iştirak ediblər. Bundan əlavə, AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasına üzv olan idmançılar da aktiv iştirak edib, təmiz və ədalətli idmanın təbliği işinə öz töhfələrini veriblər.

    Qeyd edək ki, AMADA tərəfindən Beynəlxalq Ədalətli İdman Günü ilə bağlı təşkil edilən tədbirlər də məhz “Heydər Əliyev İli” çərçivəsində keçirilib.

    Güləş

    Azərbaycanı Las-Veqasda 23 güləşçi təmsil edəcək - ADLAR

    7.10.2026 17:20:36
    Güləş

    Ən güclü güləşçilər Masallıda müəyyənləşdi - ADLAR

    5.10.2026 16:14:41
    Güləş

    Nazirdən dünya çempionu olan millimizə təbrik

    1.10.2026 18:21:09
    Güləş

    Reytinq cədvəli: Avropa çempionumuz liderliyi ələ keçirdi

    1.10.2026 17:24:59
    Güləş

    "Çimərlik güləşində iddialı ölkələrdən biriyik" - Oyan Nəzəriani

    30.09.2026 14:18:04
    Güləş

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18

    "Oyun keyfiyyətini artırmaq üçün çox çalışmalıyıq” - Georgi Kondruseviç

    9.10.2026 22:33:14

    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub

    9.10.2026 22:22:06

    Erməni cüdoçunun şübhəli qələbəsi

    9.10.2026 22:21:55

    "Gözləmədiyimiz məğlubiyyətlə üzləşdik" - Uğur Özdemir

    9.10.2026 22:03:43

    "Mən bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas

    9.10.2026 21:58:06

    "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - VİDEO

    9.10.2026 21:25:03

    "Sumqayıt" evdə Naxçıvan təmsilçisinə uduzdu

    9.10.2026 21:18:42

    Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü

    9.10.2026 20:59:53

    Montella Türkiyə millisindən istefaya göndərildi

    9.10.2026 20:16:06

    Mərkəzi oyunda "sülh", "Mingəçevir" böyük hesabla uduzdu

    9.10.2026 19:34:43

    "Buraxdığımız kobud səhv planlarımızı alt-üst etdi" – Yuri Maksimov

    9.10.2026 19:07:28

    "Bizim üçün hər oyun 6 xala bərabərdir" - Azər Məmmədov

    9.10.2026 18:54:58

    "Neftçi" - "Sabah": HEYƏTLƏR

    9.10.2026 18:32:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved