Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çox pis vəziyyətdə deyilik" – Azər Məmmədov
    16.09.2023 18:58:05

    "Bilirdik ki, çətin komandaya qarşı oynayırıq. Çempionat yeni başlayıb. "Səbail" son 2 oyunda qələbə qazanmışdı. Bu gün qələbə qazanmaq istəyirdik. Bizdən yuxarı pillədə olan komandalara yaxınlaşmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Bu gün rəqib qələbəyə layiq idi".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının VI turunun "Səbail"lə (0:3) matçından sonra keçirilən mətbuat konfransında deyib.

    – Qələbə üçün nə çatmadı?
    – Oyunumuz alınmadı. Təhlil edəcəyik. Çatışmayan cəhətlərimiz var. "Neftçi" ilə oyundakı istəyi son matçlarda görə bilmirik. Problemləri kənardan özüm də sezirəm. Araşdırmalıyıq.

    – Məğlubiyyət sizə çox yer elədi, yoxsa istefa şüarları?
    – Açığını desəm, "Kəpəz" azarkeşləri həmişə komandanın yüksəklərdə olmasını istəyib. Futbol oynayanda da bu mərhələdən keçmişəm. Zaman dəyişib. Əvvəlki "Kəpəz"lə indiki arasında böyük fərq var. Öz maliyyə imkanımıza görə ən yaxşısını etmməyə çalışırıq. Hər komandada bu vəziyyət olur. Vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu da mənim üzərimə düşür. Çatışmayan cəhətləri düzəltməliyik.

    – Qapıçı səhvlərinin komandaya təsiri necə oldu?
    – Qapıçı səhvi futbolçulara təsir edir. Bundan sonra oyunçuların özünə gəlmək ehtimalı az olur. Komanda psixoloji cəhətdən bərpa ola bilmir. Bəli, qırılma nöqtəsi 2-ci dəqiqədə buraxılan qol idi. Son 3 oyunun ilk hissəsində qol buraxırıq. Gəncədə 3 məğlubiyyəti biz də istəməzdik. İnanıram ki, komandanı düzəldəcəyik.

    – Fasilədən qayıdanda çox məyus görünürdüz. Ümidsiz idiniz?
    – Hesabda geri olmağımıza görə belə idim. 3 oyundur ki, öz səhvlərimizdən qollar buraxırıq. Məni o düşündürürdü. İlk hissədə uduzandan sonra hər oyunda ümidli olmuşam. Fasilədə uşaqlara ürək-dirək verirəm. Sadəcə hələ alınmır.

    – Ötən mövsüm komanda VIII turdan sonra özünə gəlməyə başladı. Bu mövsüm də eyni ssenari gözlənilir?
    – "Neftçi", "Qarabağ" kimi komandalardan xal almışıq. Niyə də olmasın? Bu uşaqlara çox güvənirəm. İnanıram ki, dəyişiklik olacaq. Qlobal problem yoxdur. Təəssüfləndirici məqam odur ki, 3 oyundur evdə uduzuruq. Çox pis vəziyyətdə deyilik. Xallarımızı artıracağıq.

    – Şahin Diniyev sizin müəlliminiz olub. Oyundan əvvəl onunla söhbət etdiniz?
    – Dünən məşqdə üz-üzə gəldik. Şahin müəllimlə çox isti münasibətim var. O, mənim müəllimimdir. Ondan çox şey öyrənmişəm. Amma bu idmandır. Bu gün mənim qarşımda "Səbail" var idi və istəyirdim ki, onları məğlub edək.

    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved