"Kəpəz"in futbolçusu Elmir Tağıyev zədələnib.
Prosport.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Premyer Liqanın VI turunda "Səbail"lə görüşdə sıradan çıxıb. O, "Səbail"in futbolçusu Valdemar Almeyda ilə toqquşaraq zədələnib.
Hətta həmin epizodda "Səbal"in həkimi də meydana çıxaraq E.Tağıyevə kömək etməyə çalışıb. Tağıyevin zədəsinin ciddi olması ehtimalı böyükdür.
Elmir Tağıyev matça davam edə bilməyib və əvəzlənib.

