“Barselona”nın prezidenti Xuan Laporta heç vaxt klub prezidenti vəzifəsini götürmək istəmədiyini bildirib.
Prosport.Az “Marca”-ya istinadən xəbər verir ki, Laporta mərkəz hücumçusu olmaq istəyindən də söz açıb:
“Mən mərkəz hücumçusu olmaq istəyirdim. Oyunçusansa, deməli, şöhrətin var, pulun var… Klub prezidenti olmaq arzusunda olan adam axmaqdır. Mən bunu heç xəyal etməmişdim”.
61 yaşlı ispaniyalı funksioner 2003-2010-cu illərdə “Barselona”nın prezidenti olub. O, 2021-ci ilin martında bu vəzifəyə qayıdıb.

