Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Karvan"ın kapitanı mingəçevirli azarkeşlərə niyə ədəbsiz jest göstərdi? – VİDEO
    16.09.2023 09:56:35

    I Liqanın Yevlaxda keçirilən "Karvan" – "Mingəçevir" oyunu qalmaqalla yadda qaldı.

    "Karvan"ın kapitanı, vaxtı ilə 19 yaşadək millimizdə, eləcə də "Qəbələ", AZAL, MOİK, "Kəpəz" kimi klublarda çıxış etmiş Müşfiq Teymurov qonaq azarkeşlərə qarşı ədəbsiz jesti ilə yadda qaldı. Əvvəlcə qol vurduğu epizodda mingəçevirli azarkeşlərə tərəf qaçaraq sevincini onların qarşısında qeyd etməklə odun üstünə yağ tökdü. Daha sonra əvəzlənərkən ədəbsiz əl jestini kapitana yaraşmayan tərzdə qonaqlara ünvanladı. Məhz onun bu hərəkətindən sonra stadionda aləm bir-birinə dəydi. Bəs 30 yaşlı yarımmüdafiəçinin bu aqressiyasının arxasında nə dayanırdı?

    Prosport.Az məsələnin kökünü araşdırıb. Məsələ burasındadır ki, Müşfiq Teymurov hələ 2 il əvvəl Mingəçevirdə yerli azarkeşlərlə mübahisə yaşayıb. Region Liqası çərçivəsində keçirilən matçlarda Mingəçevir "Energetik"i "Karvan"ı Yevlaxda 2:0, öz meydanında isə 2:1 məğlub edib. Həmin vaxt da Yevlaxda doğulmuş Müşfiq "Karvan"ın şərəfini qoruyub.

    Bildiyimizə görə, "Mingəçevir" tərəfi baş hakim Rövşən Rəcəbovun idarəçiliyindən PFL və AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəyə şikayət ünvanlayıb. Məsələn, vurulan 1-ci və 2-ci qollar mübahisəyə açıq standard zərbələrdən sonra vuruldu. Üstəlik, Müşfiq Teymurov ilk hərəkətində qırmızı vərəqə ilə cəzalana bilərdi. Bu azmış kimi, Rövşən Rəcəbov çimərlik futbolu millimizin və "Mingəçevir"in qapıçısı Elçin Qasımovu da cəzalandırdı.

    Xatırladaq ki, hələ oyundan əvvəl mingəçevirlilər bu təyinatdan narazı qalıb. 2 il əvvəl "Region Liqası"nın 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Cəbrayıl" – "Energetik" matçında onun idarəçiliyi böyük qalmaqala səbəb olub, köməkçiləri döyülüb. Nəticədə oyun yarımçıq dayandırılıb. Ötən il "Qaradağ Lökbatan"la oyunda da "Mingəçevir"ə qarşı idarəçiliyi bərbad olub. Belədə bu hakimi bu oyuna təyin etməkdə məqsəd nə idi? Bakı Olimpiya Stadionunda AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəyə bu barədə verdiyim suala onun cavabı belə olmuşdu: "Xəbərim var ki, "Mingəçevir" bu hakimdən narazıdır. Ancaq biz hər klubun narazılığına görə hakim təyinatı edə bilmərik". Artıq sözə ehtiyac yoxdur... 

    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved